“Mercedes”in Azərbaycan təmsilçiliyindən təkzib: Belə yazı sifariş verməmişik! (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, “Autograph.az” saytında dərc olunan “Ərəb şeyxi Gelandewagendə Azərbaycanlı modeli 1 million dollara zorladı” adlı məqalə sosial mediada böyük etirazla qarşılanıb.
 “Mercedes”-AMG G 63 modelinin piar reklamını xatırladan məqalənin qeyri-ciddi və yalan üzərində qurulması ictimailəşəndən sonra adıçəkilən sayt o yazını silib.
Bundan əlavə, “Mercedes-Benz”in Azərbaycandakı təmsilçiliyindən İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sevinc Abbasova Qaynarinfo ilə əlaqə saxlayaraq, qalmaqallı məqalənin onlara heç bir aidiyyatı olmadığını və belə bir piar məqalə yerləşdirmədiyini bildirdi.
“”Mercedes-Benz” kimi qlobal və tanınmış bir brendin belə ucuz reklamlara ehtiyacı yoxdur. Biz nə belə bir yazı sifariş vermişik, nə də bundan xəbərimiz var. Bu yazını həmin sayt öz istəyi ilə eksperiment xatirinə dərc edib. O saytın rəhbəri Ramin Musayev artıq bu barədə öz şəxsi Facebook səhifəsində də açıqlama yazıb. Heç kimin ixtiyarı yoxdur ki, bizim markanın adından bu kimi mövzularda istifadə etsin. Biz bununla bağlı əlavə tədbirlər görəcəyik”.
Qeyd edək ki, “Mercedes-Benz”in Azərbaycandakı rəsmi təmsilçisi “АvtoKapital Azərbaycan” şirkətidir.

Be the first to comment on "“Mercedes”in Azərbaycan təmsilçiliyindən təkzib: Belə yazı sifariş verməmişik! (YENİLƏNİB)"

Leave a comment

Your email address will not be published.


*