Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

10.03.2018

Martın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 7 mart 2018-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda seçicilərin dairələr üzrə siyahılara daxil edilməsi məsələsinə baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.

Komissiya 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə də baxıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş cənab Fərəc İbrahim oğlu Quliyevin, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş cənab Hafiz Ələmdar oğlu Hacıyevin və namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş cənab Razi Qulaməli oğlu Nurullayevin namizədliyi qeydə alınıb.

Daha sonra iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Siyasi partiyaların və prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidə missiyalarının təmsilçilərinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsi

Be the first to comment on "Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib"

Leave a comment

Your email address will not be published.


*