Bu gündən seçki bülletenlərinin çapına başlanılacaq

Bu gündən Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq.

“Qafqazinfo”nun məlumatına görə, ümumilikdə 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.

Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.

Be the first to comment on "Bu gündən seçki bülletenlərinin çapına başlanılacaq"

Leave a comment

Your email address will not be published.


*