“Nar”ın dəstəyi ilə ümumrespublika olimpiadası başlayıb

“Nar”-ın dəstəyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Təhsil nazirliyi, Heydər Əliyev fondu və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları Institutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası” 29 aprel 2018-ci il tarixdə Bakı Mühəndislik Universitetində start götürdü.

Bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçərək olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri – Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il olimpiadaya xüsusi maraq göstəriblər.

Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda isə ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək. Qaliblər “Nar” və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiadanın final mərhələsi 5 may 2018-ci tarixdə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, artıq 12-ci dəfə keçirilən olimpiada 17 may – Dünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr edilib. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

Be the first to comment on "“Nar”ın dəstəyi ilə ümumrespublika olimpiadası başlayıb"

Leave a comment

Your email address will not be published.


*