“Nar”ın dəstəyi ilə “Brain Ring” intellektual yarışlarının yeni mövsümü başladı

Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru oldu.

Xalqxeber.Az xəbər verir ki, mart ayında “Brain Ring” intellektual bilik yarışlarının növbəti – onuncu mövsümü start götürdü. “Brain Ring” bilik yarışlarında respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda iştirak edir. İyun ayınadək davam edəcək yarışlar hər həftənin bazar günü AzTV vasitəsilə yayımlanır.

“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq dördüncü “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

Be the first to comment on "“Nar”ın dəstəyi ilə “Brain Ring” intellektual yarışlarının yeni mövsümü başladı"

Leave a comment

Your email address will not be published.


*