“Nar” abunəçiləri Azərbaycan əlifbası günü münasibətilə internet bonuslar qazanır

Milli dəyərləri daim diqqətində saxlayan mobil operator “Nar” 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili və günü münasibətilə abunəçilərinə 1 GB internet bonus qazanmaq imkanı yaradır.

Xalqxeber.Az xəbər verir ki, “Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak edərək həm ana dili biliklərini sınaya, həm də qalib gələrək “Nar”dan internet bonusları qazana bilər.

“Nar”ın sosial şəbəkə hesablarında paylaşılan müsabiqədə iştirak etmək üçün mobil operatorun abunəçisi olmaq şərt deyil. Müsabiqə hər kəs üçün açıqdır. Lakin “Nar” abunəçiləri müsabiqənin qalibi olduğu təqdirdə ilk 20 qalibə 1 GB, sonrakı qaliblərin hər birinə isə 100 MB mobil internet hədiyyə edilir.

Bonusu əldə etmək üçün müsabiqənin sonunda iştirakçı “Nar” nömrəsini qeyd etməlidir. Müsabiqədə bu keçid vasitəsilə iştirak edə bilərsiniz:

https://www.nar.az/language-day.html?utm_source=facebook&utm_medium=social&utm_campaign=language_day

Müsabiqə avqustun 2-sində bitir.

Qeyd edək ki, “Nar” uşaqlar üçün Azərbaycan nağılları resursu yaradıb. 60 Azərbaycan xalq nağılı səsləndirilərək “YouTube” platformasında (bax.nar.az/nagil) yerləşdirilib və CD-lərə köçürülüb. Uşaqları müdafiə günü münasibətilə yaradılmış bu resurs xüsusilə valideynlər tərəfindən minnətdarlıqla qarşılanıb.

Be the first to comment on "“Nar” abunəçiləri Azərbaycan əlifbası günü münasibətilə internet bonuslar qazanır"

Leave a comment

Your email address will not be published.


*