X-Lady mağazası xanımları 8 MART bayramında necə aldadır?

XLady paltar mağazası 8 MART beynəlxalq qadınlar günündə xanımlarımız 2 AZN-lik qızılgüllə aldadır. Dünən XLady paltar mağazasından mənə bir xanım kimi hədiyyələri və endirimləri haqqında mesaj göndərilib. Mən də hər bir xanım kimi zəng edib bu barədə maraqlandım. Telefona bir xanım cavab verdi mən özümü təqdim etdim, dedim  ki, mənə onlardan hədiyyə və endirimlər  kompaniyaları haqqında mesaj gəlib və bununla maraqlanıram. Xanım dedi ki, gözləyin müdüriyyətimən soruşum sizə cavab verərəm. Mən telefonda eşidərək müdürlə danışdı dedi ki, mətbuatdan xanım (saytımın adını söylədi) zəng edib bizim kompaniyalarla maraqlanır, müdür dedi ki, bəli 1000-lərlə xanımlara hədiyyələrimiz, əsasən də jurnalistlər üçün, deyin ki, xanım axşam saat 9-a qədər yaxınlaşsın mağazaya. Mən şəhərin mərkəzində olmağıma baxmayaraq ora getdim. Bir satıcı xanım qarşıladı, özümü təqdim etdim, xanım Adil adlı bir bəyi çağırdı dedi ki, bu xanım mətbuat işçisidir, bəy mənim xidməti vəsiqəmə baxaraq söylədi ki, mən elə bildim ki, firstnews.az saytındansız, onlar üçün biz hədiyyələr nəzərdə tutmuşuq. Amma Siz başqa saytdan olduğunuza görə sizə güldən başqa heç bir şey vermirik.

İndi əziz oxucularımız necə anlayaq bu mağazanın işçilərini. Qadınlarımızı hədiyyə kompaniyaları ilə aldadaraq gül verib yola salırlar. Mətbuat işçilərinə hörmət varsa, bunlar deyirlər ki, bizim yalnız bir saytlıq hədiyyəmiz var. İndi xahiş edirəm ki, XLady paltar mağazasının rəhbərliyi bu suallara cavab versinlər. Xanımlara, əsasəndə mətbuat işçilərinə belə hörmət qoyur rəhbərləri bu mağazanın?

 

Nyusinfo.az saytının rəhbəri                                                  İradə Nazimqızı

Be the first to comment on "X-Lady mağazası xanımları 8 MART bayramında necə aldadır?"

Leave a comment

Your email address will not be published.


*