“Trans” MMC rəhbəri, gömrükdə inhisarın baş ideoloqu Əbülfəz Məlikov Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi siyasətini qulaqardı etməkdədir

Ə.Məlikov gömrük generalları ilə əlbir olaraq idxal sektorunda hegemonluğunu böyüdür.

İş adamlarının idxal rüsumu alınmasında baş bəlası olan və biznes mühitini korrupsiya bataqlığına bulaşdıran Ə.Məlikov dövlətin iqtisadi əsaslarını, daxili idarəçilik prinsiplərini ayaqlayır.

Gömrük monopolisti kərə yağından tutmuş avtomobillərin ehtiyat hissələri bazarına qədər bütün sahələri bir əldə cəmləyib.

Aylar əvvəl ictimai rəyi çaşdırmaq üçün xəbər tirajladılar ki, “Trans” MMC ləğv olunub və gömrükdə inhisarçılıq aradan qaldırılıb.

Hətta dezinformasiya yaydılar ki, guya Ə.Məlikov “Gilan” holdinqdə işə düzəlib və onun səlahiyyətləri əlindən alınıb.

Demə, bu məlumat spekulyasiya imiş və diqqəti yayındırmaq məqsədi daşıyıb. İndiyə qədər hələ də baş inhisarçı işini davam etdirməkdədir.

Ölkədə kərə yağının idxal rüsumu 3 dəfə azaldılıb və prezidentin fərmanı var. Amma Ə.Məlikov baş broker olaraq gömrükdə bu məhsulların ucuz keçirilməsinə imkan vermir.

Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb.

Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb.

Əhəd ağa isə 4 il öncə ləğv edilən “RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir.

Onun “Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb.

Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin məlumatına görə,
 “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir.

Bu şəxslə bağlı media üzərindən apardığımız araşdırmalar maraqlı məqamların üzə çıxması ilə nəticələndi.

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur.

Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.

Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar.

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir.

İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir.

Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov “Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib.

Adı “Broker” MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir.

Hakimiyyətdəki qüvvələr və ölkə rəhbərliyi də gömrükdəki bu dəhşətli vəziyyətdən narazıdır. Məlikov özünü qorumağa çalışsa da, onun sonrakı mərhələlərdə vəziyyətinin necə olacağı qeyri-müəyyəndir.

Bununla yanaşı, Məlikovun öz biznesinin əhəmiyyətli hissəsini Rusiya paytaxtına köçürməsi də hakimiyyətdəki bəzi şəxslərin qəzəbinə səbəb olub.

Əbülfəz Məlikov gömrükdəki qiymət qalxmasından zərrə qədər narahat deyil. Araşdırsanız, onun ölkəyə gətirdiyi məhsullar, əsasən, gübrələrin necə və hansı şərtlərlə Azərbaycana daxil olmasına şahid ola bilərsiniz.

Ona gömrüyün Çovdarovu da deyilir. İş adamlarının başına oyun açan və rüşvətsiz gömrükdən mal keçirə bilməyən sahibkarların şikayətlərini eşidən də olmurdu.Palitika.az

Be the first to comment on "“Trans” MMC rəhbəri, gömrükdə inhisarın baş ideoloqu Əbülfəz Məlikov Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi siyasətini qulaqardı etməkdədir"

Leave a comment

Your email address will not be published.


*