“Tenderlər kralı”nın keçmiş MTN-lə əlaqələri haqda müdhiş faktlar

Son günlər gündəmi zəbt edən “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevlə baglı məqalələr cəmiyyətdə geniş rezonans dogurub.
Əldə etdigimiz məlumatlara görə, həmin məqalələrin Ramazan Mirzəyevin Əsəd adlı adamı tərəfindən sildirilməsinə baxmayaraq, proseslər daha da intensiv xarakter alıb. Redaksiyamızı məlumatlandıran mənbələrin iddialarına görə, “tenderlər kralı”nın keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovla sıx münasibətləri və işbirliyi olub. Çovdarov kralın maliyyə imkanlarından, kral isə Çovdarovun kriminal xidmətlərindən yetərincə bəhrələniblər.
Çox maraqlıdır ki, uzun müddətdir Akif Çovdarovun cinayətlərini araşdıran istintaq qrupu nədənsə bu cütlüyün əməllərinə hüquqi qiymət verməyib.
Redaksiyamıza daxil olan məlumatlar araşdırılma mərhələsindədir. Təqdim edəcəyimiz məlumatların bir çox qaranlıq məqamlara aydınlıq gətirəcəyinə ümid edirik.
Bizi izləyin…

İsmaric.az

Be the first to comment on "“Tenderlər kralı”nın keçmiş MTN-lə əlaqələri haqda müdhiş faktlar"

Leave a comment

Your email address will not be published.


*