SALINAN ASFALTLAR ÇÖKÜR

Hər kəsin milyonçu kimi tanıdığı “Azəravtoyol” ASC-nin Regonal Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov bir zamanlar sürücü olmasına baxmayaraq, sonrada naxışı elə gətirib ki, o bu günləri “milyonçu Şükür”ə çevirilib.
RealMedia.az xəbər verir ki, CiaNews.info-ya daxil olan məlumatda “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov icra hakimiyyəti başçısının oğlunun (aprel 28-də keçirilən-CiaNews.info)toy məclisinə 5000 manat məbləğində nəmər yazdırdırıb. İddia olunr ki, bu Şükür Aslanovun yalnız toya yazdırdığı məbləğdir. Belə ki, icra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da toyda pul xərcləyib. Paytaxtın olduqca bahalı şadlıq saraylarından birində (Şadlıq sarayının adını reklam olmasın deyə bilərəkdən qeyd etmirik) keçirilən toy məclisi olduqca təm – təraqlı keçirilib. Məlumatda o da bildirlir ki, həmin icra hakimyyətinin başçısı yeni təyinatlarda yer almayacağını bildiyi üçün oğlunun toy məclisini təcili keçirməyə qərar verib. Mənbənin bildirdiyinə görə 500 nəfərdən çox qonağın iştirak etdiyi toy məclisində stolun biri şadlıq sarayı tərəfindən təxminən 270 manata hesablanıb. Xatırladq ki, bu gün ölkədə milyonçu kimi tanınan “Azəravtoyol” ASC-nin Regonal Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov bir zamanlar sürücü olub. Keçmiş sürücünün necə milyonçu olması ilə bağlı isə araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən şəxslərində mövqelərini dərc edə bilərik.

Be the first to comment on "SALINAN ASFALTLAR ÇÖKÜR"

Leave a comment

Your email address will not be published.


*