Ramiz Zeynalovun qudasının klinikalar şəbəkəsi haqda şok – Dosye

Azərbaycanda şadlıq sarayları, otellər, klinikalar, böyük müəssisələrin hər birinin arxasında müstəqil sahibkarlar deyil, yüksək vəzifəli məmurlar, yaxınları dayanır.
Nyusinfo.az-ın media üzərindən əldə etdiyi xəbərə görə, onlardan biri də geniş klinika şəbəkəinə malik olan Qulu Quliyevdir.
Bakıda fəaliyyət göstərən məşhur “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Q.Quliyev olduğu iddia edilir.
Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib, indi klinikalara nəzarət edir. Onun “MERO” rəisi postuna yüksəlməsi heç də səbəbsiz olmayıb.

Çünki Q.Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qudasıdır. O da bildirilir ki, Q.Quliyev ədliyyə naziri Fikrət Məmmədovla da qohumdur.
Belə bir imkanlara və əlaqələrə malik olan Q.Quliyevin klinikaları yüksək səviyyədə qorunur.
Ancaq efirdə tez-tez reklam olunan “Grand Hospital” həkimlərinin əlində ölən xəstələrin xəbəri pasientlərin klinikaya inamını sarsıdıb.
Məsələn, dekabrın 19-da ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümü barədə istintaq gedir.
Onu əməliyyat edən həkimin fəaliyyəti istintaq müddətində qadağan olunub. Onun əməliyyatdan sonra öldüyü bildirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Ondan 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi. Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva “Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. Beş gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi.
Mətbuatda yayılan xəbərlərə görə, bu tibb ocaqları MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olub.
MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.
Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Media yazır ki, Asiman Həsənov əcnəbi həkimləri Tehran Babatovun vasitəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək, tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurub.
Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital və Laçın Klinikası birbaşa Asiman Həsənovun nəzarətindədir.
Lakin görünən budur ki, R.Zeynalovun qudası Q.Quliyev bu klinikaların əsas kuratorudur. Ola bilsin ki, MTN olayından sonra T.Babatov uzaqlaşmalı olub.

Nyusinfo.az xəbər verir ki, mətbuatda bu şəbəkəyə aid olan Medical Plaza və Laçın klinikasından da neqativ informasiyalara rast gəlinir.
Sadəcə, bu məlumatları oxuduqdan sonra insanın heç bir klinikaya, həkimə inamı qalmır. 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Səhiyyə Nazirliyi Əczaçılıq və Tibb Sənaye Birliyinin keçmiş baş dirketoru baş prokurorun birinci müavini Rüstəm Usubova müraciət yayılmışdı.
Həmin müraciətdə səhiyyə nazirinin müavini Elsevər Ağayevin MTN-nin həbsdə olan generalı Akif Çovdarovla işbirliyindən bəhs edilirdi.
Keçmiş baş direktor iddia edirdi ki, Akif Çovdarova haqq vermədiyinə görə onun hədə-qorxusu ilə işdən çıxmaq barədə ərizə yazıb.
Yəni MTN qruplaşması səhiyyədə öz korpusunu yarada bilmişdi. Saytlar yazır ki, Asiman Balakişi oğlu Həsənovla MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələri olub.və onların Tehran Babatov keçmiş MTN-də keçmiş nazir Eldar Mahmudovun kadr məsələləri üzrə kassiri kimi tanınırdı.
Saytlar qeyd edir ki, Asiman Həsənovun özəl Səhiyyə sektorunda və eləcə də, Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında at oynatması, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsində Tehran Babatov faktoru mühüm rol oynayıb.
Səhiyyə sistemindəki xoşagəlməz hallar barədə dosyelər toplayaraq MTN-ə ötürən Asiman Həsənov bu işlərinin müqabilində Tibb Universitetinin rektoru və ya Nazir postuna təyin olunacağı barədə vəd də alıbmış. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

 

Be the first to comment on "Ramiz Zeynalovun qudasının klinikalar şəbəkəsi haqda şok – Dosye"

Leave a comment

Your email address will not be published.


*