“OLYMPUS PARk” Tikinti şirkətinin İşçiləri vətəndaşları daşladı -VİDEO

Fevralın 5-də gecənin bir yarısı Yasamal rayon sakinləri traktorun səsinə həyətə tökülüşüblər.

Sakinlərin dediyinə görə, yaxınlıqda tikinti həyata keçirən “OLYMPUS PARK” şirkətinin işçiləri gecə ilə burada yaşayanları daşlayaraq, həyətlərini söküb.

“Bir də gördük ki, 15 nəfər kişi əllərində daşlarla güllə kimi gəlirlər. Biz də keçdik hasarın yanına ki, deyək hara gəlirsiz üstümüzə? Onlar bizi daşlamağa başladılar. Traktorun sürücüsü də üstümüzə cumdu”.

“OLYMPUS PARk” şirkəti bu ailələrin də evini almaq istəyib. Həyəti sökülən Zemfira Babayeva şirkətlə razılığa gələ bilmədiklərini deyir. Onlara hər kvadratmetrə 1650 manat təklif olunub. Sakinlər ailələrinə uyğun mənzil ala bilməyəcəklərini düşünürlər.

“OLYMPUS PARK” şirkətinin işçiləri ötən il burada yaşayan Şövkət Həsənovanın evini gecə ilə uçurmuşdular.

Şikayətçi şirkətin əməkdaşlarının onlara qarşı zorakılıq etdiyini də açıqlamışdı.

Qanunvericiliyə görə, mülkiyyətçinin torpağı dövlət ehtiyacları üçün satın alına bilər. Bunun üçün Nazirlər Kabineti qərar çıxarır, sonra onun əsasında Baki Şəhər İcra Hakimiyyəti sərəncam verir. Bu tikinti şirkətinin torpaqları dövlət ehtiyaclarına görə alıb-almadığı da bəlli deyil. Şirkətlə əlaqə saxlamaq mümkün olmadı. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti isə suallarımızı cavablamadı.

Sakinlərin dediyinə görə, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov bura gələrək tikintinin dayandırılacağını, vətəndaşlarla razılığa gələndən sonra davam ediləcəyini deyib.

 

Be the first to comment on "“OLYMPUS PARk” Tikinti şirkətinin İşçiləri vətəndaşları daşladı -VİDEO"

Leave a comment

Your email address will not be published.


*