Mərkəzi Klinik Xəstəxanada 2 yeni doğulmuş körpənin yüksək dozalı dərman verilərək öldürüldüyü deyilir

Bu iddia ilə redaksiyamıza müraciət edən Yazgülü Hacıyeva çıxış edib. O bildirib ki, yeni doğulmuş oğlu və eləcə də digər palatada yatan bir qadının təzə doğulan uşağı məsuliyyətsiz həkimlərin verdiyi yüksək dozalı dərmanın qurbanı olub.

Bununla bağlı BiG.AZ -a açıqlama verən Yazgülü Hacıyeva bildirib ki, 9 aylıq hamiləliyi Mərkəzi Klinik Xəstəxanasında həkim Mahirə İsmayılovanın nəzarətində keçirib:

“Nə deyilibsə hər birini zamanında etmişəm. Bilirsiniz ki, doğum əməliyyatı ən çoxu 30-40 dəqiqə çəkir. Mənim əməliyyatım 3 saat çəkdi. Səbəbi də deyilmir. Uşağım çıxarılsa da mən 2 saat əməliyyat otağında saxlanılmışam. Başıma nə hadisə gəlibsə hələ də gizlədilir. Uşaq çıxarılan zaman iddia edirlər ki, qışqırmayıb. Amma həkim Sevda Əsədova deyir ki, qışqırıb, amma Mahirə inkar edir. Mahirə deyir ki, mən doğumdan aşağıya sağlam uşaq vermişəm.

Ondan bir gün qabaq bizə deyilmişdi ki, uşaq 36 həftə 3 günlükdür. Belə olan halda soruşduq ki, bəs uşağın ciyərləri iynə ilə açılmalıdır? Dedilər narahat olmayın heç nə lazım deyil. Əməliyyatdan çıxanda səhərisi gün gördüm ki, uşaq yanımda yoxdur. Dedilər reanimasiyadadır. Uşağım bir həftə küvezdə saxlanıldı. Gah deyirlər ciyərləri açılmayıb, gah deyirdilər ki, ürəyində qüsur olub. Uşaq bir həftəyə düzəldi. Bütün bunların başında Vəli Behbudov durur. Hansı ki, onun işi hazırda məhkəmədədir. Mən doğum edən günü başqa uşağa da ağır dozalı iynə vurmuşdular. O uşağın bədəni dözməyib həmin günü öldü. Mənim uşağımında başında səhərə kimi durublar ki, ölməsin. Qorxurlarmış ki, bu uşaq da ölsə xəstəxanamızın adı batacaq”.

Yazgülü Hacıyeva vurğulayıb ki, dərmanın dozasından uşağın ağzı, burnu qanla dolub:

“Soruşuram ki, uşağa nə olub, yalandan deyirlər ki, yapışqan vurmuşduq, çıxardanda qanadı. Sən demə dərmanın dozası çox olduğundan uşağım o vəziyyətə düşüb. Uşağa vurulan dərmanları görsəniz dəhşətə gələrsiniz. Vəli deyir mənlik deyil, Sevda da başqasının boynuna atır. Uşağım ölüb. Dedilər uşaqda qanama olduğuna görə anjo olunmalıdır. Əgər anjo olsa qurtulacaq. Mən Mahirədən soruşandakı ki, mənim uşağımı bu günə niyə salmısınız. O deyir mənlik deyil, mən sağlam uşaq vermişəm onlara. Andrey adlı həkim uşağıma baxır. Məndən soruşurlar ki, nə anjo olunub. Anjonun nəticələrini əvvəl Şahin həkimin yanına aparmışdıq.

Dedi ki, disk boşdur, exonu gətirin. Andrey Mahirəyə deyib ki yüksək dozalı iynə vurub uşağı şoka salıblar. Anjo da olunmayıb. Anjo üçün də bizdən ayrıca 7 min manat pul aparıblar. Uşaq 16 gün sağ qaldı, oğlan idi. 15 min pulumuzu aldılar, uşağımı da öldürdülər. Uşağım qaralır, yoldaşım deyir səbəbini soruşanda yola verirlər. Sonra çıxıb deyirlər istəyirsinizsə Türkiyədən həkim çağıraq”.

Həkim Mahirə İsmayılova ilə əlaqə saxladıq. Köməkçisi həkimin əməliyyatda olduğunu söylədi.

Vəli Behbudovda suallarımızı cavablandırmaqdan imtina edib.

Adıçəkilən Mərkəzi Klinik Xəstəxanaya məsələ ilə bağlı sorğu göndərilib, sorğumuza verilən cavab dərc ediləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Be the first to comment on "Mərkəzi Klinik Xəstəxanada 2 yeni doğulmuş körpənin yüksək dozalı dərman verilərək öldürüldüyü deyilir"

Leave a comment

Your email address will not be published.


*