GİZLİ ÇƏKİLİŞƏ DÜŞƏN ADLAR – VİDEO – FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.

Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.

Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir.

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdiyi siyahıda “dərman mafiyası” ilə əməkdaşlıq edən həkimlərin adları əməliyyat çəkilişi zamanı lentə alınıb. Soyadları böyük hərflərlə yazılsa da, onlar arasında bir çox məşhur ginekoloqun adını görmək mümkündür. Yanlarında isə həmin şirkət əməkdaşlarının onlara ödəyəcəyi pullar qeyd edilib. (minval)

Yüzlərlə xəstəni aldadan həmin həkimlərin adlarını təqdim edirik:

Mediapress.az

Be the first to comment on "GİZLİ ÇƏKİLİŞƏ DÜŞƏN ADLAR – VİDEO – FOTOLAR"

Leave a comment

Your email address will not be published.


*