“Broker Əbülfəz” Əli Kərimlinin qapısına niyə üz tutdu və “Azərsun” prezidentini hansı məqsədlə Qənimət Zahidə “sifariş” etdi?

Keçmiş broker şefi “Azərbaycan saat”ına etdiyi ikinci sifarişin icarsını niyə dayandırıb?
Son zamanlar bəzi yüksək vəzifəli Azərbaycan məmurları tərəfindən müxalifət KİV-nin, xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanı “Azadlıq” qəzetinin və onun eyni adlı saytının, xüsusən də Qənimət Zahidin xaricdən yayımlanan “Azərbaycan saatı” televiziya verlişini maliyyələşdirməsi haqqında iddialar səsləndirildir. Belə ki, yüksək vəzifəli məmurlar onların toxunulmazlığı və fəaliyyətlərinin tənqid olunmayacağı zəmanətinin qarşılığında Əli Kərimlinin birbaşa nəzarəti altında olan mətbu orqanlara böyük məbləğdə pullar veriblər.
Məsələ ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, son günlər medianın diqqət mərkəzində yer alan Əbülfəz Məlikovun “Azərbaycan saatı” televiziya verlişində təmizə çıxarılması və paralel olaraq Əbülfəz Məlikovun bütün əməllərinin “Azərsun” prezidenti Abdolbari Goozalın üzərinə qoyulması oldu. Aşağıda tanış olduğunuz videodan da görünlüyü kimi, “Azərbaycan saatı” birbaşa Əbülfəz Məlikovun vəkili çıxış edir və Azərbaycan bazarında monopoliyanın təminatçısını və qiymətlərin bahalaşmasının səbəbkarını mələk donunda təqdim edir. Əvəzində isə bütün günahlar “Azərsun” prezidenti Abdolbari Goozalın üzərinə qoyulur.
Картинки по запросу abdulbari goozal
Qənimət Zahidin bu addımını necə başa düşmək olar? Axı normalda o, Əbülfəz Məlikovu “mələyə” çevirməməliydi? Bunun səbəbi nədir?
Məsələ ilə bağlı Tendensiya.com saytı öz araşdırmalarını aparıb. Xaricdəki mənbədən əldə etdiyimiz məlumatlar isə doğrudan şok xarakterlidir. “Azərbaycan saatı”na yaxın olan mənbə bildirib ki, Əbülfəz Məlikovun xaricdəki bütün işlərini yürüdən Anar Allahverdiyev Avropada Əli Kərimliyə yaxın olan bir neçə adamla görüşüb və onlarla razılığa gəlib. Qənimət Zahid sadəcə Anar Allahverdiyevin görüşdüyü şəxslərdən biridir.
Anar Allahverdiyev Qənimət Zahidə niyə elçi düşüb?
Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanda yağın qiymətinin qalxması əsas mövzulardan birinə çevrilmişdi. Qida sektorunda kərə yağının qiymətinin qalxmasının ölkə əhalisi tərəfindən ciddi narazılıqla qarşılandığı hər kəsə məlumdur. Həmin vaxt isə məhz kimlərsə, (mənbə hesab edir ki, Aydın Əliyev və Abdolbari Goozal), tərəfindən kərə yağının Gürcüstanda 6 manata olması və Azərbaycanda qiymətlərin həddindən artıq şişməsinin səbəbkarının Əbülfəz Məlikov olması barədə dövriyəyə müxtəlif məlumatlar buraxılırdı. Əbülfəz Məlikovla Abdolbari Goozal arasında olan intriqaya gəlincə isə, mətbuatın da yazdığı kimi, Əbülfəz Məlikov Azərbaycanda qida sektorunda əsas monopolistlərdən biri olan “Azərsun” şirkətinin bazardakı monopoliyasını ələ keçirməklə bağlı planları olub.
Картинки по запросу anar allahverdiyev broker
Mənbə bildirib ki, Əbülfəz Məlikov barəsində yayılan məlumatlara cavab vermək üçün daha “təsirli” vasitə seçmək qərarına gəlir və həmin qərarını reallaşdırmaq üçün Qənimət Zahidin xaricdən yayımlanan “Azərbaycan saatı” verilişini daha uyğun və əlverişli müstəvi hesab edir və bu məqsədlə Anar Allahverdiyev işə qoşulur və “Azərbaycan saatı” verlişində kərə yağı ilə bağlı bahalaşmanın əsas baiskarı kimi “Azərsun”un göstərilməsi sifariş edilir.
Sizə təqdim etdiyimiz və həmin verilişdən götürülmüş videosüjeti diqqətlə izləyən tamaşaçıya Qənimət Zahidin kimin tərəfində olduğunu görmək çətin olmaz. Qənimət Zahid izahatından çıxan aydın nəticə odur ki, Əbülfəz Məlikov sadəcə olaraq şərlənib, ona qarşı ədalətsizlik edilib və “cümlə xəyanətlərə bais olan” Abdolbari Goozaldır.
Lakin Qənimət Zahid “qaş qayırdığı yerdə göz çıxarıb”. Belə ki, ölkədə kərə yağı monopoliayasını və qiymətlərin demək olar ki, 100 faiz artmasını “Azərsun”un üstünə atan Qənimət Zahid “barıtı həddindən artıq çox qoyub” və öz verilişində Əbülfəz Məlikovun “mələk” qismində təqdim etməsi cənab Məlikovu açığa çıxarıb.
Mənbə bildirir ki, Qənimət Zahidlə Anar Allahverdiyev arasında başqa mətləblər üzrə də anlaşmalar olub. Əbülfəz Məlikovun vasitəçisi ilə Qənimət Zahidin və Əli Kərimlinin digər adamları arasındakı böyük anlaşmanın detalları haqqında növbəti yazımızda məlumat verəcəyik və bildirək ki, şok detalların yer aldığı həmin anlaşma tamam fərqli bir mövzudur.
Картинки по запросу əli kərimli
Bircə onu deyək ki, Ə. Məlikovu siyasi müxalifətə istiqamətləndirən təkcə Abdolbari Goozala və Aydın Əliyevə cavab vermək planı deyil. Sən demə, keçmiş broker şefinin daha uzaqgedən planları varmış.
Mənbə bildirib ki, Qənimət Zahidin “böyük yanlışı” Əbülfəz Məlikovun Abdolbari Goozalla və Aydın Əliyevlə bağlı planlarını alt-üst edib və o, bir sıra hakimiyyət mənsublarının gözündə etimadını itirib. Hazırda Əbülfət Qocayevin rəhbərlik etdiyi “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətininin başına keçirərək ölkənin bütün ərzaq sektoruna nəzarət etmək iddiasına düşmüş cənab Məlikov həmin verilişlə bağlı ciddi təşvişə düşüb və Qənimət Zahidə sifariş göndərib ki, növbəti verilişlərdə onu ciddi tənqid etsin. Qənimət Zahid isə bunun qarşılığında əlavə ödəniş tələb edib və istədiyini alıb.
Lakin sifarişin icrası sifarişçinin öz xahişi ilə təxirə salınıb. Kİmsə onu başa salıb ki, Avropadan yayımlanan müxalifyönümlü kanalda onun barəsində korrupsioner imicinin formalaşdırılması yaxşı hal deyil. Bu onun gələcəkdə Avropada iş qörməsinə mane ola bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, Əli Kərimlinin adamları ilə Əbülfəz Məlikovun adamları arasında böyük anlaşmanın detalları ilə bağlı ayrıca yazımız olacaq.
Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq…
 
Mənbə: Tendensiya.com

Be the first to comment on "“Broker Əbülfəz” Əli Kərimlinin qapısına niyə üz tutdu və “Azərsun” prezidentini hansı məqsədlə Qənimət Zahidə “sifariş” etdi?"

Leave a comment

Your email address will not be published.


*