Arzu Rəhimovun qorxduğu adam: Valeh Nəcəfov kimdir? (TƏFSİLAT)

Son zamanlar mediada Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rəisi Arzu Rəhimovun şantaja boyun əyərək bir-neçə nəfəri vəzifəyə qoyması ilə bağlı təkzibolunmaz məlumatlar yayılıb. Həmin məlumatda deyilir ki, Arzu Rəhimov onu şantaj edən keçmiş işçilərinin qarşısında boyun əyir və onlara vəzifə verir:

“Təqribən il yarım əvvəl Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rayon rəislərindən biri mətbuat vasitəsi ilə Arzu Rəhimovu şantaj etməyə başladı. Bu şantajın qarşısını almaq üçün Arzu Rəhimov həmin şəxsi rayonların birinə xidmət rəisi yolladı. Bundan sonra isə Arzu Rəhimov davamlı olaraq öz keçmiş işçiləri tərəfindən şantaja məruz qalır.

Bir müddət əvvəl, daha doğrusu yuxarıda bəhs edilən şəxs təqaüdə yollanıldığı üçün Arzu Rəhimovdan incik düşüb SHXÇDX rəisini mətbuat vasitəsi ilə şantaj edərək vəzifə aldıqdan qısa müddət sonra SHXÇDX-nin sabiq idarə rəisi, polkovnik-leytenant Ağaverdi Fəttahov da həmkarının yolu ilə gedərək Youtebe kanalında keçmiş rəisini açıq şəkildə ifşa edib.

Arzu Rəhimov 2012-ci ildə Ağaverdi Fəttahovu Xidmətin Tovuz rayon şöbəsi vəzifəsindən azad edib”.

Tendensiya.com-a daxil olan məlumata görə, Arzu Rəhimovu media vasitəsi ilə şantaj edib, vəzifə alanlardan biri də Valeh Nəcəfovdur. Bir müddət əvvəl Arzu Rəhimov tərəfindən hərbi komissar vəzifəsindən işdən çıxarılan Valeh Nəcəfov media şantajları vasitəsi ilə Astara rayonunun hərbi komissarı vəzifəsini alıb.

Tendensiya.com-a daxil olan məlumatlara görə, Valeh Nəcəfov işsiz qaldığı müddətdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində baş verən böyük korrupsiya əməliyyatlarının bir-neçəsini özünə yaxın olan saytlarda yayıb. Xüsusi ilə də Şəmkir rayonunda gənc cağırışçılarn ordudan yayındırılması faktları çılpaqlığı ilə mətbuata ötürən Valeh Nəcəfovun şantajları qarşısında duruş gətirə bilməyən Arzu Rəhimov onu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində işə bərpa etdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunmasından sonra Valeh Nəcəfov onun yerinə təyinat aldı.

Redaksiyamıza daxil olan məlumatlara görə, Valeh Nəcəfov hərbi komissar vəzifəsi ilə yanaşı mediada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun lobbiçiliyini də həyata keçirir…

Qeyd edək ki, Cəlilabad və Bərdə kimi rayonlarda hərbi komissar işlədiyi zamanlarda da Valeh Nəcəfov mediada ən çox tənqid olunan şəxslərdən biri olub. Belə ki, Valeh Nəcəfov korrupsiyada və özbaşınalıq etməkdə ittiham olunub. Belə bir şəxsin Arzu Rəhimovu şantaj edərək, yenidən vəzifə alması qaranlıq mətləblərdən xəbər verir. Görünür, Valeh Nəcəfov Arzu Rəhimovun elə bir qanunsuzluğundan xəbəri olub ki, general şantaja boyun əyərək, geri çəkilib…

Valeh Nəcəfovun keçmişi və yenidən hərbi komissar vəzifəsini necə alması ilə bağlı Tendensiya.com-a daxil olan məlumatları araşdırmaqda davam edirik…

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Be the first to comment on "Arzu Rəhimovun qorxduğu adam: Valeh Nəcəfov kimdir? (TƏFSİLAT)"

Leave a comment

Your email address will not be published.


*