Əbülfəz Məlikovun intriqaları: Abdolbari Goozalla savaş və “Meyvəli”yə gedən yol

“Azərsun”un monopoliyasına qəsd etmək istəyən Əbülfəz Məlikov ölkəyə kərə yağı gətirmək üzərində monopoliasını saxlayraq və paralel olaraq bəzi gömrük məntəqələrində broker xidmətinin bir hissəsini həyata keçirməklə yanaşı, həmçinin ölkənin kənd təsərrüfatı qida məhsulları üzərində də tam monopoliyaya sahibinə çevrilib
Bir zamanlar hər kəs üçün sirr pərdəsinə çevrilən və demək olar ki, Azərbaycan gömrük sisteminin “laməkan” və əfsanə nəzarətçisi olaraq bilinən və Azərbaycayn iqtisadiyyatında monopoliyanı bilavasitə tənzimləyən, hamının “Broker Əbülfəz” olaraq tanıdığı Əbülfəz Məlikovun özü və yaxınları barədə uydurulmuş şayiələr sabun köpüyü kimi puç olmaqdadır. Onun üzərindəki sirr pərdəsi hər gün bir az da olsa qalxır. Dünənə qədər heç kimin görmədiyi və hər bir sahibkarın onunla əl sıxışmağı xəyal etdiyi “Broker Əbülfəz” artıq “laməkan” belə deyil. Onun artıq konkret yeri və yurdu belə məlumdur.
Maraqlananlar üçün bildirək ki, Əbülfəz Məlikov bir müddətdir ki, “Meyvəli” topdansatış bazasında monopoliya siyasəti ilə məşğuldur. Onun “Meyvəli”yə yollanılmasının isə öz tarixçəsi var. Bu barədə sayrtımızı məlumatlandıran mənbə bildirib ki, bir müddət əvvəl “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əbülfət Qocayevə kömək üçün “Meyvəli” topdansatış bazasına göndərilib. Onun ordakı əsas işi isə kənd təsərrüfatı mallarının tədarük və təchizat işlərini təşkil etmək və bu sahədə vahid qiymət sistemini və monopoliyanı formalaşdırmaqdır.
Məsələ ilə bağlı saytımızın əməkdaşı “Meyvəli” topdansatış bazasında çalışan bir neçə şəxslə də əlaqə saxlayıb və həmin şəxslər də təsdiq ediblər ki, hazırda Əbülfəz Məlikov “Meyvəli” topdansatış bazasında əsas idarəedici fiqurdur və onun “Meyvəli”də yaratdığı sistem nəticəsində “bir quş belə topdansatış bazasının üzərindən ondan izinsiz uça bilmir”.

Əbülfəz Məlikovun Abdolbari Goozalla savaşı və yağ monopoliyası

Əbülfəz Məlikovun “Meyvəli”yə göndərilməsindən əvvəlki fəaliyyəti ilə bağlı saytımıza danışan mənbə bildirb ki, uzun illər boyu Azərbaycan gömrüyünü tam nəzarəti altında saxlayan və monopoliyanı, həmçinin bazardakı qiymətləri tənzimləyən Əbülfəz Məlikov bir generalın kölgəsi altından çıxıb başqasını sığınmasından sonra qida sektorunda monopoliyanı ələ keçirməyə çalışıb. Onun ilk hədəflərindən biri isə Azərbaycanda qida sektorunda əsas monopolistlərdən biri olan “Azərsun” şirkətinin bazardakı monopoliyasını ələ keçirməklə bağlı olub. Lakin gözlənildiyi kimi, Abdolbari Goozal kimi köhnə bir qurda dişləri batmayıbvə Əbülfəz Məlikov “Azərsun”la savaşdan tamailə əli boş çıxıb. Buna baxmayaraq, havadarları Əbülfəz Məlikovun havadarları ona bu “dəcəlliyi” bağışlayıblar və onu küsdürməmək üçün Ukraynadan Azərbaycana yağ gətirilməsini ona tapşırıblar. Qısa müddət içində isə, Əbülfəz Məlikov kərə yağı bazarında bütün monopoliyanı ələ keçirib.
Xatırladaq ki, bir ilə əvvəl Azərbaycan bazarında Yeni Zelandiyadan, Almaniyadan, Fransadan gətirlən kərə yağının qiyməti 10-12 manat arasında dəyişirdi. Elə həmin vaxt kərə yağı bazarında monopoliyanı Əbülfəz Məlikov ələ keçirdi və Azərbaycanda bir neçə ayın içində kərə yağının qiyməti kəskin şəkildə qalxdı. Daha doğrusu bir neçə ayın içində məhz Əbülfəz Məlikovun kəraməti və “humanizmi” nəticəsində Azərbaycanda kərə yağı 20-22 manata qyüksəldi. Kərə yağının qiymətinin artırılması ilə yanaşı Əbülfəz məlikov tərəfindən Azərbaycan mətbuatına belə bir tullantı məlumat atıldı ki, güya Avropada kərə yağının qiyməti bir neçə dəfə artıb və bu da kərə yağının sağlamlıq üçün çox əhəmiyyətli olması ilə əlaqədardır. Halbuki bir neçə il əvvəl Qərb mətbuatı başda olmaqla ancaq kərə yağının sağlamlığa nə qədər ziyanlı olması barədə məlumatlar dərc olunurdu.
Daha sonra isə məlum oldu ki, kərə yağının Avropada bir neçə dəfə bahalaşmasının bu yacın qiymətinin 22 manata yüksəlməsi ilə heç bir əlaqəsi yoxdur. Çünki eyni yağlar Gürcüstanda cəmi 5-6 manatadır. İranda isə Yeni Zelandiya yağları daha ucuz qiymətə, 4-5 manata satılır. Bu məlumat göydə ildırım kimi çaxdı və hər kəsin diqqəti kərə yağının qiymətinin niyə bu qədər artmasına yönəldi. Məsələ ən yüksək səviyyəyə qədər gedib çıxdı. Və çıxış yolu kərə yağı ilə bağlı gömrük rüsumlarını aşağı salınmasında görüldü. Lakin bir çox ekspertlərin də artıq qeyd elədiyi kimi, gömrük rüsumlarını aşağı salınması kərə yağının qiymətinə çox cüzi təsir edəcək. Ümumi rəy belədir ki, ən yaxşı halda kərə yağı bir, ya da iki manat ucuzlaşa bilər. Yəni faktiki olaraq kərə yağının qiymətinin Gürüstandakı qimyətinə çatdırılması mümkün deyil. Hətta kərə yağının 1 il əvvəlki qiymətinə qayıtması da imkansız görünür. Bunun üçün hər şeydən əvvəl Əbülfəz Məlikovun kərə yağı bazarında monopoliyası ortadan qalxmalıdır ki, gömrük rüsumlarını aşağı salınmasını çıxış yolu kimi irəli sürən bəzi iri çaplı məmurlar hələ ki, diqqətə almırlar. Ya da diqqətə almaq istəmirlər.

Prezidenti gözdən salan Əbülfəz Məlikov

Göründüyü kimi, əhalini ölkə prezidentindən narazı salan ərzaq siyasətinin arxasından Əbülfəz Məlikov çıxır. İqtidar qarşıdan gələn prezident seçkiləri ərərfəsində müxtəlif səpkili iqtisadi islahatlar həyata keçirərək seçicilərin rəğbətini qazanmağa çalışarkən, Əbülfəz Məlikovun apardığı “ərzaq siyasəti” nəticəsində ölkə əhalisi hakimiyyətdən narazı salınır. Əhalini narazı salan təkcə “yağ siyasəti” deyil, həmdə meyvə-tərəvəz sektorunda tətbiq edilən monopoliyadır ki, bunun da araxında qeyd edildiyi kimi Əbülfəz Məlikov dayanır. Əbülfəz Məlikovun rəhbəri Əbülvət Qocayev də bu antiPrezident aksiyasının arxasındadırmı, bunu bilmirik. Bu istiqamətdə araşdırmalarımız davam edir. Görünən bir odur ki, hakimiyyətin nüfuzdan düşməsi cənab Məlikovun və onun himayədarlarının vecinə belə deyil, əsas odur ki, onların cibləri dolsun.

Əbülfəz Məlikov “Meyvəli”də öz “qanunlarını” tətbiq edib

Əbülfəz Məlikovun “brokerlərin” bildirdiyinə görə Əbülfət Qocayev həm “Meyvəli”də, həm də bir il öncə təyin edildiyi ““Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində “postavnoy” fiqurdur və “Meyvəli”də bütün işləri Əbülfəz Məlikov yürüdür. “Meyvəli”dən əldə etdiyimiz xəbərlər də Əbülfəz Məlikovun “brokerlərin” doğru dediyini təsdiqləyir.
Qeyd edək ki, məhz Əbülfəz Məlikovun “Meyvəli”yə gəlişindən sonra topdansatış bazarından qiymətlər qalxmağa başlayıb. Bunu “Meyvəli”də çalışanlar da, bu topdansatış bazarına mal gətirənlər də və mal alanlar da təsdiq edirlər. Əldə etdiymiz məlumata görə haazırda “Meyvəli”də min bir zəhmətlə məhsul yetişdirən kəndlilərin hüquqları açıq şəkildə tapdanılır, onlardan su qiymətinə alınan mallar isə iki qat artıq qiymətə alverçilərə satılır. Və bu yolla da olaraq “Azərsun”un monopoliyasına qəsd etmək istəyən Əbülfəz Məlikov ölkəyə kərə yağı gətirmək üzərində monopoliasını saxlayraq və paralel olaraq bütün gömrük məntəqələrində broker xidmətinin bir hissəsini həyata keçirməklə yanaşı, həmçinin ölkənin kənd təsərrüfatı qida məhsulları üzərində də tam monopoliyaya sahibinə çevrilmiş oldu.

“Qurbanolduğum”un qoçuları: “Meyvəli”dəki qazanc heç də “Broker”dəki qazancdan az deyil

“Meyvəli”dən əldə etdiyimiz məlumata görə Əbülfəz Məlikov bura özüylə böyük bir “qoçu dəstəsi” də gətirib. Bu “qoçular” daha əvvəl “Broker”də çalışmış təcrübəli insanlardır və onların diqqətindən demək olar ki, heç nə yayınmır. Onlar hamısı Əbülfəz Məlikovu “Qurbanolduğum” deyə çağırırlar və bu ayama Əbülfəz Məlikovun çox xoşuna gəlir. Hər halda “Meyvəli”dən aldığımız məlumatda belə deyilir.
Əldə olunan gəlir isə “Broker”dəki qazancdan az deyil və “Meyvəli”dən yığılan pullar hər gün inkassataorlar vasitəsi ilə bazadan çıxarılır. İş prinsipi isə “Broker”dəkindən demək olar ki, fərqlənmir. Belə ki, Əbülfəz Məlikovun “qoçular”ı onlara verilən hüdudsuz qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək ölkəyə daxil olan hər TIR-dan 500 azn “haqq” alırlar. Təbii, kiçik maşınlardan da kiçik hesablar alınır.
Əslində Əbülfəz Məlikovun yeni şirkətinə verilmiş ixtiyara görə, bu kommersiya təşkilatı ölkəyə daxil olan yük maşınlarının yüklərini boşaldaraq yoxlamalı və yenidən yükləməlidirlər. Əgər maşın “təmiz” çıxarsa, o zaman problem yoxdur və yoluna davam edə bilər. “Təmizlik” kağızının isə qiyməti bəllidir, yuxarıda qeyd etdik. Həmin kağızın verilməsi üçün alınan “haqq”ın müqabilində maşınların yükləri boşaldılmır və yoxlanılmır. Pulunu verdinsə, artıq “Qurbanolduğum”un qoçuları özlərini əziyyətə vermək istəmirlər.
Qeyd edək ki, iranlı TIR sürücülərinin biri əməkdaşımıza bildirib ki, bu “haqq-hesab”laşma ilə bağlı söhbəti telefonun yaddaşına köçürə bilib, hətta videolentə almağa da fürsət tapıb. İran sürücülərinin dediyinə görə, Əbülfəz Məlikovun qoçularına deyəndə ki, sizdən şikayət edəcəyik ki, bizdən rüşvət alırlar, cavabları bu olur ki, bax küncdə polis dayanıb get, məni göstər, de ki, rüşvəti o oğlan istəyir…

Yəni “Qurbanolduğum”un qoçuları özlərinə bu qədər əmindirlər…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Be the first to comment on "Əbülfəz Məlikovun intriqaları: Abdolbari Goozalla savaş və “Meyvəli”yə gedən yol"

Leave a comment

Your email address will not be published.


*