Azərbaycanda banklarla bağlı şikayətlər bitib-tükənmir

Bu dəfəki mövzumuzun qayəsi isə “Expressbank” dır.

A24.az bildirir ki, bankdan bu dəfə  şikayətli olan jurnalist Əziz Əlibəylidir. O deyir ki, “Portmanat” şirkətinin balansına yığlmış müvafiq məbləği nəqdləşdirmək üçün şirkətin müqavilə bağladığı Exspressbanka müraciət edib: “Bank kartı vermək üçün 3 manat alır(Bu nə üçün lazımdır, hələ izahı yoxdur) üç iş günü, maksimum bir neçə gün əlavə olunub, amma  ortada kart deyə bir şey yoxdur. Bankın həm rəsmi FB səhifəsi, həm saytdakı konsultantı şikayətimi yönəldiblər  istehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinə. 12 dekabrda edilən müraciəti bank hələ  də “araşdırır”. Görəsən, nəyə görə məcburam bu bankla işləməyə, onun yararsız fəaliyyətinə görə, sürünməyə? Bunlar müştəri məmnuniyyətini heç mi bilmirlər. Bir təsadüf banka ilk dəfə yolun düşsün, onda da bu halla qarşılaşasan. Sözüm nə o kartda, nə də o məbləğdə  deyil, sözüm hüquqlarımızı tapdalamaq və bunu adi iş qəzası kimi qələmə verənlərədir: “Bu qabiliyyətlə çox da  uzağa gedə bilməyəcəksiniz, şüarınız –  “İşiniz rahat getsin” i də  silin, belə dəyişin: “İşiniz avand olmasın”.

A24.az

Be the first to comment on "Azərbaycanda banklarla bağlı şikayətlər bitib-tükənmir"

Leave a comment

Your email address will not be published.


*