Cari ilin iyul ayının 31-də İmişli rayonunda Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib
(3-10-2017, 13:32)

Cari ilin iyul ayının 31-də İmişli rayonunda Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib
Hesabat rayon icra hakimiyyətinin rəsmi saytında yerləşdirilib. Hesabat xarakterli geniş bir məlumat belə başlayır:

2017-ci ilin altı ayı ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 267 milyon 649 min 500 mаnаtlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 10 faiz çox olmuşdur.

Məhsul istehsalının 139 milyon 519 min 500 manatı və ya 52,2 faizi sənaye, 57 milyon 211 min 000 manatı və ya 21,4 faizi kənd təsərrüfаtı, 29 milyon 566 min 900 mаnаtı və ya 11 faizi tikinti, 36 milyon 531 min 000 mаnаtı və 13,6 faizi ticаrət və iаşə, 4 milyon 559 min 000 mаnаtı və ya 1,7 faizi nəqliyyat, 262 milyon 100 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.

Bu rəqəmləri diqqətdə saxlayaq, cünki hesabatda daha sonra ayrı-ayrı abzaslarla sənaye, kənd təsərrüfatı və xidmətlər üzrə təsnifatlar verilib. Rayona qoyulan investitsiyalar üzrə bir sıra işlərdən bəhs edilir.

- Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 267 milyon 649 min 500 mаnаtlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 10 faiz çox olmuşdur.
İmişlidə yalanlar üzərundə qurulmuş "iqtisadi inkişaf" - FOTOFAKT
- İndi isə icra hakimiyyətinin 2016-cı ilin yekunlarına dair hesabat məlumatındakı rəqəmə diqqət edək: İqtisаdiyyаtın əsаs sаhələri üzrə 552.699.100 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir. http://www.imishli-ih.gov.az/news/273.html(LİNK BURADA).
İmişlidə yalanlar üzərundə qurulmuş "iqtisadi inkişaf" - FOTOFAKT
Diqqət etdinizmi? 2016-cı ildə 552 milyon manatlıq məhsul istehsal edilir. İcra Hakimiyyəti isə bu il rəsmən açıqlayır ki, 267 milyon manatlıq məhsul istehsal edilib və bu ötən illə müqayisədə 10 faiz çoxdur (?). Axı necə olar bilər ki, ötən il bu illə müqayisədə 2 dəfə çox məhsul istehsal edilsin amma bu il 10 faizlik artım olsun?

Eyni qaydada İmişli İcra Hakimiyyətinin 2016-cı illə 2017-ci ilin iqtisadi hesabatlarında uyğunsuzluqlar bütün sahələrdə aşkarca görünür. Bu mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Digər sahələr üzrə ictimayyətə təqdim edilən hesabatlardakı uyğunsuzluqlar barədə yaxın günlərdə ətraflı bəhs edəcəyik. Bizi izləyin.

Cari ilin iyul ayının 31-də İmişli rayonunda Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib
Cari ilin iyul ayının 31-də İmişli rayonunda Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Reklam