Məcburi köçkün olan ana Prezidentdən kömək istəyir - Oğlumu şərin qəzəbindən xilas edin
(20-09-2017, 14:19)

Məcburi köçkün olan ana Prezidentdən kömək istəyir - Oğlumu şərin qəzəbindən xilas edin
Bakı şəhərində yaşayan məcburi köçkün Qasımova Ədibə Həsənalı qızı Realliq.info vasitəsilə Ölkə başçısına, birinci xanıma, Baş prokurora və ölkənin digər rəhbər şəxslərinə müraciət edərək oğlunun qanunsuz həbs olunduğunu qeyd edib. Ana müraciətində bildirib ki, onun oğlunu Bakı şəhər prokurorunun bəzi məsul vəzifəli şəxsləri sifarişlə həbs ediblər. Həmin müraciəti olduğu kimi dərc edirik:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına
Azərbaycan Respublikası 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevə
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova
Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oktay Əsədova
Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Fuad Ələsgərova
Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Azər Tağıyevə
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ambusdman) Elmira xanım Süleymanovaya
Bakı şəhər prokuroru cənab İlqar Abbasova
Realliq.info saytının baş redaktoru cənab İkram Rəhimova

Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küç. 36, 3 saylı Texniki Peşə Məktəbinin yataqxanasında yaşayan, məcburi köçkün Qasımova Ədibə Həsənalı qızı tərəfindən. (050-531-02-73)

Şikayət ərizəsi

Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım.


Мən, təqauddə olan müəlliməyəm, 1993-cü ildən Qubadlı rayonundan məcburi Köçkün düşdükdən sonra Bakı şəhərində yuxarıda göstərilən ünvanda ailə üzvlərimlə birlikdə məskunlaşmışıq. 1994-cü ildə həyat yoldaşım Bayramov Eldar Xəlil oğlu vəfat etdikdən sonra övladlarımı tək başına böyüdüb boya başa çatdırmışam. Bayramov Məftun Eldar oğlu mənim oğlumdur, o ali təhsilli tarix müəllimi olmaqla 2010-cu ildə ailə həyatı qurub iki övlad sahibidir.

Təxminən 2015-ci ilin oktyabr ayının axırlarında bizim ailə hiss etdi ki, oğlum Məftun Bayramov nigahdan kənar hansı isə bir qadınla münasibətdədir. Lakin həmin qadının kimliyi bizə məlum deyildi. Bir müddət sonra bizə əlavə olaraq məlum oldu ki, oğlum Məftun Bayramov həyat yoldaşının qohumu olan A (ad şərtidir) ilə aralarında olan telefon danışıqları nəticəsində münasibətləri yaranmış və bu münasibətlər getdigcə dərinləşərək daha yaxın münasibətlərə çevirilmişdir. Biz qohumluq əlaqələrimizin olmasını nəzərə alaraq söz-söhbət düşməsinin qarşısının almaq üçün dəfələrlə oğlum Məftun Bayramovla bu barədə söhbətlər aparmış, A-ya sifarişlər edib öz qohumunu ailəsinin dağıtmamağı Məftundan əl çəkməsini bildirsək də o Məftunu sevdiyini, Məftunun həyat yoldaşının ona layiq olmadığını, yalnız Məftuna onun layiq olmasını mənim yaxın qohumlarıma bildirmiş, onu Məftundan heç kimin ayıra bilməyəcəyini demişdir.

2016-cı ilin yay aylarında hətta bizə o da məlum oldu ki, Məftunla A-nın arasında bir ilə yaxın müddətdir ki, qeyri-rəsmi ər arvad münasibəti vardır. Təbii ki, bir ana kimi bu məni çox sarsıtdı, oğlumun ailəsindən kənar hansı isə bir qadınla qeyri rəsmi ər-arvad münasibətlərinin olması mənə pis təsir edir və buna görə oğlumu dayanmadan qınayır, onun hərəkətlərinin düzgün olmadığını deyir və həmin qadından əl çəkməsini bildirirdim. Oğlum isə hər dəfə cavabında o, həmin qadından əl çəkmək istədiyini, lakin A -nın ondan əl çəkmədiyini, əgər onunla münasibətini kəsəcəyi təqdirdə ya özünü öldürəcəyini, ya da Məftuna hansı isə bir vasitə ilə pislik edəcəyini ona demişdir. Bizə hər gün məlumat gəlib çatırdı ki, Məftun A ilə birlikdə müxtəlif tanışlarının evlərinə qonaq gedirlər, A hər yerdə özünü Məftunun ikinci ailəsi kimi təqdim edir, birlikdə rayonlara gəzməyə gedir, bütün günü kafe və restoranlarda birgə yemək yeyirlər.

Mən təbii ki, bir ana kimi Məftunun ailəsinin yanına qayıtmasını istəyir, bu məsələnin belə davam etməsini isə istəmirdim. Eyni zamanda A-nın bizə uzaqdan-uzağa qohum düşməsi səbəbindən onun da adının Məftunla bir yerdə hallanmasını istəmirdim. Biz nə qədər elədiksə onları ayıra bilmədik. Bu ərəfədə Məftuunu həyat yoldaşı da qohumu A-nın əri Məftunla münasibətini artıq bildi. Biz belə qərara gəldik ki, bu məsələ açılıb A-nın valideyinlərinə deyilsin ki, bəlkə onlar köməklik etsinlər A-nın Məftunun ailəsinin dağılmasından əl çəksin.
Belə ki, A təkidlə tələb edir ki, Məftun öz ailəsindən boşanıb onu alsın. O, hətta Məftunun ailəsini atıb onunla birlikdə xaricə getməyin də tələb etmiş, bu səbəbdən də birlikdə xarici pasport və bilet almışlar, lakin həm mənim, həmdə digər yaxın qohumlarımın tövsiyyəsi ilə bu işdən əl çəkmişlər. Məftununu həyat yoldaşı A-nın evinə gedib məsələni açıb onun valideyinlərini bu işdən hali edəndə A əvvəlcə Məftunla münasibətinin olmasını boynundan atmış, lakin faktlar qarşısında aciz qalanda valideyinlərinə və Məftunun həyat yoldaşına Məftunu sevdiyini bildirmişdir. Bunu eşidən A -nın ailə üzvüləri onu möhkəm döymüşlər və A orada ata-anasına and içib söz vermiş ki, Məftunla əlaqəni kəsəcək. Lakin səhəri günü A. evlərindən qaçaraq Məftuna zəng edib evdən qaçdığını gəlib ona sahib çıxmağını bildirmişdir. Məftun da məcbur olub A ilə görüşüb birgə yaşamalarına qərar verdikdən sonra onunla birlikdə Cəliliabad rayonuna getmişlər.

Orada bir müddət yaşamışlar. A öz evləri ilə telefon əlaqəsi saxlayıb Məftunu sevdiyi üçün onunla ailə həyatı qurduğunu, onu narahat etməməyi bildirmişdir. A öz paltarlarını gətirmək üçün onun yaşadığı Sumqayıt şəhərindəki evinə gəlib paltarlarını götürmək istəyrkən A -nın valideyinləri onu yaşadığı evə salıb çölə burxmayaraq təkrar onu döymüşlər. A onu evdə güclə saxlamağına etiraz edərək qollarını kəsib vatçap vasitəsi ilə şəkillərini çəkib Məftuuna atmış və səhəri günü yenə evdən qaçaraq Məftunla görüşüb birlikdə İsmayıllı rayonuna gedib orada bir müddət, daha sonra Bakı şəhəri Buzovna qəsəbəsinə gəlib həmin qəsəbədə də bir müddət yaşamışlar. Məftun öz evinə qayıdıb uşaqlarını görmək istədiyi bildirmiş, A isə ona bir ay müddət verərək “get arvadından boşan gəl”-deyərək razı olmuşdur. A özü isə Naibə adlı qohmlarının evinə getmişdir. Qeyd edim ki, Naibə adlı qadın əvvəl şirin dili ilə Məftuna iş tapacağına, onların birlikdə yaşamasına köməklik edəcəyinə söz vermiş, daha sonra isə Məftuna hədə qorxu gələrək onu cinayətkar aləmlə qorxutmuş, Məftuna türmədə yatan adamlarla tanışlıq münaibətlərinin olmasını, vaxtı-vaxtında onlara ərzaq göndərməsini, əlinin hər yerə çatmasını hətta prokurorluq orqanlarında yaxın əlaqələrinin olmasını Məftuna bildirmişdir. A-nın Məftuna verdiyi bir ay tamam olamasına baxmayaraq Məftunu boşanmadığını görən A və onun yaxın qohumları, o cümlədən atası öz adlarını təmizə çıxarmaq üçün qurğu quraraq Məftun barəsində Binəqədi rayon prokurorluğuna şər və böhtan xarakterli ərizlər yazmış, guya ki, bu şərlərlə Məftunu şərləyib öz adların təmizə çıxarmağa nail olacaqlar.

Şikayət ərizəsində göstərilmişdir ki, güya oğlum Məftun A-nı zorlamışdır. Başa düşə bilmirəm?, 2 il bir yerdə ər-arvad kimi yaşadıqlarını gördükləri halda, hansı əsaslarla şikayət etmişdilər?. Məftun barəsində A-nın atası şikəyət ərizəsi verdikdən 1 ay sonra zorla A-ya şikayət ərizəsi yzdıraraq Binəqədi rayon prokurorluğuna təqdim edilmiş, Lakin aparılan yoxlama nəticəsində Məftun hər hansı bir cinayət törətməsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Həmin ərəfədə şəhər prokurorluğunun əməkdaşları tərəfindən işi aparan müstəntiqə təyziqlərin olmasını hiss edirdik və görürdük. Daha sonra A-nın atası öz şikayətini davam etdirdiyindən işin araşdırlması Binəqədi rayon PŞ-nə həvalə edildi. Atasının şikəyətinin ayaq tutub yeriməsində onun qohumu olan və özünü iş görən, məsələlər həll edən kimi göstərən Naibə adlı qadının və onun şəxsi tanışı olan vəkil Mehman Cəbrayılovun xüsusi xidmətlərinin olması bizə artıq məlum idi.

Biz sonra öyrəndik ki, Naibə adlı qadının dəfələrlə polis, prokurorluq məhkəmə orqanlarında onun barəsində və ya onun şikayəti əsasında işlər olmuş və hər dəfə bu işlər Mehman Cəbrayılovun əlaqələri hesabına öz həllini tapmışdır. Qeyd edim ki, Mehman Cəbrayılov əvvəllər prokururluq orqanlarında işləmiş və həmin orqanda öz yaxın əlaqələri ilə məhşurdur. Onun bu işdə qərəzli olması da bizə aydındır. Belə ki, A-nın ifadələrinin alınmasından əvvəl onun tərəfindən A-nın öyrədilməsi, əvvəlcədən özü tərəfindən yazılmış yazıları A-ya əzbərlətməsini görən bir neçə şahid olmuşdur. İş Binəqədi Polisində olarkən Bakı şəhər Prokuruluğundan orada təyziqlərin olmasını eşidirdik. Hətta bu işin arxasında, yəni, A-nın şikayətinin arxasında Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və həmin prokurorluğun istintaq idarəsinin rəisi Cəfər Cəfərovun durmasını A-nın atası açıq-aşkar bildirirdi.

Gözlənilmədən Binəqədi Polis İdarəsindən material Bakı şəhər Prokurorluğu tərəfindən götürülərək əsassız və qanunsuz olaraq iki maddə ilə cinayət işi başlanmışdır. Biz cinayət işini başlayan şəxsin adını öyrənəndə məhz bunun Azər Əsgərov adlı prokurorluq işçisinin olmasını öyrənib başa düşdük ki bu onun tərəfindən qərəzli bir hərəklətdir. İş prossesində vəkil Mehman Cəbrayılovun yaxın dostu olan Istintaq Şöbəsinin rəisi Cəfər Cəfərovun xususi cənfəşanlığı özünü öz çılpaqlığı ilə biruzə verirdi. Onun tərəfindən şahidə hədələrin olması və digər qərəzli münasibətləri barədə bizdə məlumatlar vardır. A-nın atası özü isə dəflərlə birlidirib ki, “mənə dedilər ki, A ilə Məftunu öldür, mən bunu bacarmadım, buna görə camaatın arasına çıxa bilmirəm, yalnız öz adımı təmizə çıxarmaq üçün nəyin bahasına olursa-olsun Məftunu tutdurmaq və camaat arasına çıxıb öz qızının evli kişi ilə gəzmədiyini, qızımın zorlandığını söyləmək” istədiyini bildirmişdir.

Görəsən mütamadi olaraq 2 il zorlanma olur? Bu gülüncdür. Həmin ərəfədə Bakı şəhər Prokurorluğuna yeni rəhbər təyin olunmuşdur. Onun ədalətli, qanunun aliliyini qoruyan bir şəxs olması hamıya bəllidir. Biz inanırıq ki, haqq öz yerini tapacaq, bizim ailəyə qarşı edilən bu zülümlərə son qoyulacaq. Azər Əsgərov və Cəfər Cəfərov yenı təyin edilmiş rəhbəri gələcəkdə fakt qarşısında qoymaq üçün tələm-tələsik əsassız və qanunsuz olaraq oğlum Məftun Bayramovun həbsinə bütün gücləri ilə çalışırdlar. Cinayət işişin ibtidai istintaqının aparılması əvvəl Bakı şəhər Prokurorluğunun müstəntiqi Teymur Qarayevə həvalə edildi. Teymur Qarayev tərəfindən istintaq aparıldıqdan bir müddət sonra gözlənilmədən həmin cinayət işi ondan götürülüb başqa bir müstəntiqə- Şahin Şükürova verildi. İstintaq onun tərəfindən də davam etdirlən ərəfədə o da xusisi sifarişi tam və dolğun yerinə yetirmədiyini görüb cinayət işi ondan götürülərək müstəntiq Cavid Abbasova verildi.

Cavid Abbasov oğlmun vəkili ilə görüşəndə həmin cinayət işində hər hansı bir cinayət tərkibi olmadığını və bunun sifarişlə başlandığını özü də səmimi etiraf etmiş və bizim vəkili inandırmağa calışmış ki cinayət işi qıssa müddətədə xitama gedəcəkdir. Cavid Abbasov cinayət işini icraatına qəbul etdikdən sonra demək olar heş bir istintaq hərəkətləri aparmadan hərəkətsiz saxlamışdır.

14 avqust 2017-ci il tarixdə oğlum Məftun Bayramov vəkili ilə birlikdə müstəntiq Cavid Abbasov tərəfindən Bakı şəhər prokurorluğuna çağırılmış və ona Azərbaycan CM-nin 149.2.5, 150.2.5 və 182.2.2-ci maddələri ilə qondarma, gülünc və heç bir hüquqi müstəviyə sığmayan ittiham elan edilmiş və barəsində dord ay müddətinə həbs qətimkan tədbiri seçilmşdir. Qeyd edim ki, ilkin olaraq Səbail rayon Məhkəməsi həbs qəti imkan tədbirinin seçilməsi barədə qərardan imtina etmək istəmiş və bununla bağlı uzun müddətə müzakirə aparmış, lakin məhkəmə prossesində şəhər Prokurorluğundan zəng gəldikdən sonra hakim 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərər qəbul etməyə məcbur olmuşdur. Onu da qeyd edim ki, istintaq müddəti 23 sentyabr 2017-ci il tarixdə bitdiyi halda istintaq müddətindən artıq həbs müddəti seçilmişdir. Bunun özü elə onu təsdiq edir ki bu hərəkətlər sifariş əsasında həyata keçirilmişdir. Bu məsələ ilə bağlı mən dəfələrlə Sizə müraciət etmişəm, qəbulllarda olmuşam. Baş prokurorluqda mənə bildirmişlər ki, bəli oğlumun əməllərində cinayət tərkibi yoxdur, lakin Bakı şəhər Prokuroru umumiyyətlə bizi qəbul etmək istəmir. Əks tərəf isə Bakı şəhər Prokurorluğuna qəbula gedən kimi onları maraqlı şəsxlər bir başa şəhər Prokurorunun qəbuluna salırlar.

Bunu təbii ki maraqlı şəxslər, xüsusi ilə də adlarını qeyd etdiyim Prokurorluq əməkdaşları edirlər. Hansı ki, cinayət işinin başlanmasına bilavasitə xüsüsi maraqları olan şəxslərdir. A-nın atası hər yerdə deyir ki, “25.000 (iyirmi beş min) manat pulu “Bakı şəhər prokurorunun müavini Azər Əsgərovla, həmin prokurorluğun istintaq idarəsinin rəisi Cəfər Cəfərova, onların keçmiş iş yoldaşı və dostu vəkil Mehman Cəbrayılov vasitəsi ilə verdim, Məftuna cinayət işi başlatdım, onun barəsində 4 ay həbs qətimkan tədbiri seçdirdim, hələ ona 10 ildə cəza təyin etdirəcəyəm, torpağımı satdığa qoymuşam, 10.000 (on min) manat puluda müstəntiq Cavid Abbasova verəcəyəm, o kişi kimi söz verdi və Məftunu həbs etdirdi”.
Başa düşə bilmirəm?, Məftunla A-nı öz evində bir yerdə yer açıb yatızdıranda, niyə o şikayət etmirdi, Məftun öz həyat yoldaşını boşayıb, A-nı almayan kimi atasının yadına qızının zorlanması düşdümü?.

CƏNAB PREZİDENT! Sizdən bir gözü yaşlı ana kimi xahiş edirəm!

1.Bakı şəhər prokurorluğunun maraqlı olmasını nəzərə alaraq, Oğlum Bayramov Məftun Eldar oğlu barəsində aparılan cinayət işinin araşdırılmasını Bakı şəhər prokurorluğundan alınıb digər istintaq orqanına verilməsi barədə,
2.Oğlum Bayramov Məftun Eldar oğlunun əməllərində cinayət tərkibinin olmamasını nəzərə alaraq, onun barəsində başlanmış cinayət işinə xitam verilməsi barədə,
3.Bakı şəhər prokurorunun müavini Azər Əsgərov barəsində, istintaq idarəsinin rəisi Cəfər Cəfərov barəsində, həmin prokurorluğun müstəntiqi Cavid Abbasov barəsində, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi Mehman Cəbraylov barəsində xidməti araşdırma aparılması barədə,
4. Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralov tərəfindən təxirə salınmadan qəbul edilməyim barədə göstəriş verəsiniz.



Hörmətlə: Qasımova Ədibə Həsənalı qızı.
Realliq.info
Yazıda adı keçən şəxslərində mövqeyini işıqlandırmağa hazırıq


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Reklam