Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Füzuli rayonunda vətəndaşları qəbul edəcək
(5-06-2017, 10:08)

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Füzuli rayonunda vətəndaşları qəbul edəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Füzuli rayonu Horadiz şəhərində iyunun 30-na nəzərdə tutulan qəbulunun vaxtı 16 iyun tarixinə dəyişdirilib.
Qəbul saat 11:00-da Füzuli rayonu Horadiz şəhərində keçiriləcək. Qəbulda Füzuli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi, İmişli, Cəbrayıl rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.
Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatından irəli gələn məsələlər, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və komitənin fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbulda yalnız yuxarıda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Komitənin 14 saylı ərazi şöbəsi: (2124) 6-35-31, 6-40-29
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: (02122) 5-33-67, (02631) 5-52-40
Eyni zamanda vətəndaşlar Salyan r. T.Davudzadə küç.,101, Beyləqan şəhəri, Az 1200 Məhəmməd Əsədov küçəsi, 9 və Horadiz qəsəbəsi, Az 1900 Məmməd Əmin Rəsulzadə küç. ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Reklam