Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi
(24-02-2017, 18:21)

Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi
24 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi.
Tədbirdə Milli Məclisin deputatı Kamaləddin Qafarov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, , YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov, YAP Binəqədi rayon təşkilatının Şura üzvləri, YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, İctimai birliklərin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitabların sərgisi ilə tanış olduqdan sonra Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir “Xocalı harayı” adlı kompozisiyanın nümayişi ilə başladı.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikada, eləcə də Binəqədi rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirdi. Natiq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Ramiz Göyüşov bildirdi ki, Prezident İlham Əliyev də hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğuladı. O qeyd etdi ki, artıq bir sıra ölkə parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildirdilər.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva vurğuladı ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Aygün Əliyeva bildirdi ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atır. Bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi, regional və beynəlxalq miqyasda böyük uğurlara imza ataraq tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir.
Sonra tədbir bədii hissə və Xocalı faciəsinə həsr edilmiş “Müharibə uşaqları” adlı filmin nümayişi ilə davam etdirildi.

Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi
Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi
Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi
Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi
Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi
Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Reklam