Bakı Slavyan Universitetinin gündəmdə olan qalmaqallı yeni rektoru haqda arayış hazırlamışıq
(9-09-2016, 09:38)

Bakı Slavyan Universitetinin gündəmdə olan qalmaqallı yeni rektoru haqda arayış hazırlamışıq
Belə ki, cumhuriyyet.net BSU-ya təyin olunduğu gündən açıqlamaları ilə diqqət çəkən Nurlana Əliyevanın əvvəlki fəaliyyətini araşdırıb. Apardığımız araşdırmalar zamanı N.Əliyevanın reputasiyasının heç də kristal olmadığı üəz çıxıb. Məlum olub ki, rektor bundan qabaqkı təhsil müəssisəsinə rəhbərlik etdiyi dövrdə tam bir çiçəklənmiş rüşvət sistemini inkişaf etdirib. Məsələn, onun sayəsində Sabir adına Pedaqoji kollec rüşvət yuvasına çevrilib. Təhsil ocağında açıq şəkildə tələbələrdən semestr qabağı pul tələb olunur və onlarla sərt leksikonda danışılır. Gestapo rejimində olduğu kimi bu kollecdə də ağır şərtlər hökm sürməkdədir. Tələbələrin şikayətinə məhəl qoyan yoxdur. Kollec direktoru olmuş Nurlana Əliyevanın tapşırığı ilə şöbə müdirləri və qrup rəhbərləri tələbələrə xəbərdarlıq edirdilər. Bununla yanaşı, imtahanlardan keçmək üçün lazım olan pulun həcmini də deyirdilər. (cumhuriyyet.az) Kim tələb olunan pulu vermək istəməsə, müxtəlif yollarla təzyiqlərə məruz qoyurdular. Cumhuriyyet.az yayılan məlumatlara istinadən bildirir ki, Nurlana Əliyeva dərsə davamiyyətin aşağı salınmasında xüsusi marağı var idi. Çünki dərslərə gələn tələbələr imtahan sessiyasını “uğurla” başa vurmaq üçün 500 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat civarında müəyyənləşdirilmişdi. Tələbələr bildirirlər ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Yaxşı oxuyanlar üçün məbləğ 200-250 manat, oxumayanlar üçün 300-400 manatdır. Həmçinin qeyd olunur ki, artıq kolleci bitirmiş məzunlara diplomların verilməsi və tələbələrin təcrübə prosesinə cəlb olunması xüsusunda da bu təhsil müəssisəsində kifayət qədər maxinasiyalara və pul yığımlarına yol verilir. M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecində dövlət vəsaitlərinin mənimsənilməsi üçün ən çox istifadə olunan məqam kollec binasının cari təmir işləri ilə bağlı idi. Bu məqsədlər üçün N.Əliyeva tərəfindən kollecdə məxsusi pul yığımları həyata keçirilirdi. Bu işlərə ayrılan dövlət vəsaitləri isə müəyyən saxta şirkətlərin hesablarından keçirilərək, demək olar ki, tamamilə mənimsənilib. Xatırladaq ki, BSU rektoru Təhsil Nazirliyi ilə açıq savaşdadır. Həmçinin, xələfi Asif Hacıyevi də topa tutur. Eyni zamanda mətbuatı sərt şəkildə acılayıb, təhqirə yol verib. Qarşı tərəfi dinləməyə hazırıq.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Reklam