Vurğun Şirəliyev “boz kardinal”a çevrilib…

Az əvvəl məlumat verərək bildirmişdik ki, qalmaqallı və haqqında həddən artıq şikayət daxil olan Neftçala Elektrik Şəbəkəsinin rəhbəri Vurğun Şirəliyev vəzifəsindən azad edilib. Bu barədə xəbəri yayan sxar.az-ın əldə etdiyi məlumata görə, uzun illərdir Azərişıq ASC-nin Neftçala Elektrik Şəbəkəsinin rəisi vəzifəsini icra edən V.Şirəliyev vətəndaşların onunla bağlı ciddi şəkildə narazılığından sonra işdən çıxarılıb. Qeyd edək ki, Vurğun Şirəliyev SOCAR-ın Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin qardaşıdır.

Amma vəziyyət heç də təqdim olunan kimi deyilmiş. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Vurğun Şirəliyev heç də Baba Rzayev tərəfindən “vurulmayıb”, əksinə xilas olunub.

Mənbənin dia.az-a söylədikləri: “Baba Rzayev onu “vurmayıb”. Vurğun Şirəliyev sadəcə olaraq öz ərizəsi ilə baş mühəndis vəzifəsinə keçib. Onun yerinə kimin təyin olunması önəmli deyil. Yenə də idarə edən Vurğun Şirəliyev olacaq. Bu yolla Baba Rzayev boğaza qədər çirkaba bulaşmış və Neftçalada az qala hər kəsin nifrət etdiyi Vurğun Şirəliyevi xilas etmiş oldu. Yəni artıq Vurğun Şirəliyev hədəf olmayacaq. O, kölgədə qalaraq yenə də əvvəlki fəaliyyətini davam etdirəcək. Yəqin qardaşınəın sayəsində buna nail olub, bu qərara gəlinib”.

Mənbə xatırladır ki, buna qədər də Vurğun Şirəliyevin barəsində ayrı-ayrı vaxtlarda korrupsiya yoxlamaları aparılsa da, nəticələr rəsmiləşməyib, prosesə hüquqi qiymət verilməyib: “Vurğun Şirəliyev qardaş İsgəndər Şirəliyevin sayəsində toxunulmaz olaraq qalmaqdadır. İndi də Baba Rzayevə təsir edən qardaşı Vurğun Şirəliyevi daha da gücləndirdi. Nə birbaşa hədəf olmayacaq, nə də işindən olmayacaq. Bundan yaxşısı da ola bilməz”.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

Be the first to comment on "Vurğun Şirəliyev “boz kardinal”a çevrilib…"

Leave a comment

Your email address will not be published.


*