Tərtərdə kortejlə gəzən Müstəqim Məmmədov hamisi, Gəncənin icra başçısı Elmar Vəliyevin qəzəbinə tuş olub

Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov öz hamisi və şefi Elmar Vəliyevin qəzəbinə tuş olub. Fevrvl ayında Müstəqim Məmmədovun vəzifədən alınması baş verə bilər.
Qeyd edək ki, ölkə mətbuatınında fevral ayında böyük kadr islahahatının həyata keçirilməsi barədə bir neçə dəfə məlumatlar dərc olunub. Bəzi məlumatlara görə ölkə prezidenti etimadı doğrultmayan 30-a qədər icra başçısını vəzifədən alacaq. Onların arasında Tərtərin icra başçısı Müstəqim Məmmədovun da ola biləcəyi ehtimalı böyükdür.
Tərtərdən AzMedia.info-ya daxil olan məlumata əsasən Müstəqim Məmmədov öz hamisi Elmar Vəliyevin qəzəbinə tuş olub. Buna səbəb isə Müstəqim Məmmədovun Elmar Vəliyevin göstərişlərini qulaq ardına vurmasıdır. Belə ki, əldə etdiyimiz məlumatda bildirlir ki, Gəncənin icra başçısı Elmar Vəliyev daha əvvəl Müstəqim Məmmədovu Tərtərdə kortejlə gəzdiyinə görə tənbeh edib. Lakin buna baxmayaraq Müstəqim Məmmədov Tərtərdə kortejlə gəzmək aludəçiliyndən vaz keçməyib.
Qeyd edək ki, Müstəqim Məmmədovun Tərtərdə kortejlə hərəkət etməsini daha əvvəl AFN.az saytı yazıb. Bir müddət əvvəl sayt yazmışdı ki, Müstəqim Məmmədov Tərtərdə hərəkət edərkən elə bir vəziyyət yaranır ki, sanki prezident gəlir. Yollarda hərəkət dayandırılır, polislər farağat vəziyyətində dayanırlar. Bununla balı Elmar Vəliyev Müstəqim Məmmədovu tənbeh etsə də, Tərtərin icra başçısı rayonda kortejlə gəzməkdə davam edib. Bu üzdən də Elmar Vəliyev Müstəqim Məmmədovun vəzifədən alınmasına qarşı çıxmır, əksinə, icra başçısının vəzifədən alınmasını özü istəyir.
Bəzi məlumatlara görə Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə yeni kadr da irəlm sürüb. Bu şəxsin bərdədən Mehman Allahverdiyev olduğu bildirilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
MilliYol.Az

Be the first to comment on "Tərtərdə kortejlə gəzən Müstəqim Məmmədov hamisi, Gəncənin icra başçısı Elmar Vəliyevin qəzəbinə tuş olub"

Leave a comment

Your email address will not be published.


*