Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub

Yataqxanada 80-dən çox ailənin üzvü yaşayır. Uçqun 25 ailənin istifadə etdiyi mətbəxtdə baş verib. Hadisə zamanı mətbəxtdə bir neçə nəfər olub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Sumqayıtda uçan yataqxanada məskunlaşmış məcburi köçkünlərin problemini nəzarətə götürüb.
Mia.az xəbər verir ki, bunu “Report”a qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev orada məskunlaşmış məcburi köçkünlərin problemlərinin araşdırılıb həll olunması barədə tapşırıq verib: “Görülən tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək”.

 

Be the first to comment on "Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub"

Leave a comment

Your email address will not be published.


*