Şirvanda Hikmət Həsənovun “ixtiraları”

İstehlakçıların elektrik enerjisi ilə təchizatında müəyyən irəliləyişlərə nail olunsa da, “Azərişıq” rəhbərliyi vaxtilə “Azərenerji” ASC rəhbərliyinin buraxdığı kobud səhvləri təkrarlamaqda davam edir. 
Rəhbərlik nə qədər təkzib etsə də “Azərişıq”ın regional idarələrində baş verən qanunsuzluqların şəxsən Baba Rzayevə aidiyyatı olmadığına inanmaq çətindir. Çünki adi jurnalist araşdırması zamanı ciddi faktlar ortaya çıxırsa, B.Rzayevin bundan xəbərsiz olması mümkünsüzdür. Yoz əgər doğurdan xəbərsizdirsə, onda rəhbər özü terində deyil. Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ilə bağlı cumhuriyyet.az olaraq bu günlərdə dərc etdiyimiz yazımızda araşdırmalarımızı davam etdirəcəyimizi bildirmişdik.
Redaksiyamıza “Şirvan” RETSİ-nin rəisi Hikmət Həsənov və onun müavini Ceyhun Mirzəyevin rəhbərliyi altında aparılan qanunsuzluqlar haqda yeni məlumatlar daxil olub. Şirvan RETSİ-nin rəhbərliyi son dövrlərdə yeni qazanc mənbəyi ixtira edib. Belə ki, qeyri-əhali qrupuna aid olan smartkart sayğaclarında texniki şərtə əsasən proqram təminatının məhdudiyyətini aşmaq məqsədi ilə daha texniki şərti dəyişməyə və qanuna müvafiq güc artımı etməyə heç bir lüzum görmürlər və nəticədə “Azərişıq” ASC-nin büdcəsindən yan keçməklə istehlakçıyla “razılaşaraq” onların sayğaclarının güc məhdidiyyəti funksiyası olmayan İran və Rusiya istehsalı olan qeyri smart sayğacları ilə əvəz edirlər. Beləliklə də, istehlakçı istədiyi gücdə yük qoşaraq mövcud infrostrukturu sıradan çıxarır və nəticədə ölkə başçısının xüsusi diqqət və qayğısı altında milyonlarla manat investisiya buraxılmış transformatorlar və yarımstansiyalar Şirvan RETSİ-nin rəhbərliyinin şəxsi mənafeyinin qurbanı olaraq tez bir zamanda sıradan çıxır. Sözügedən məsələ ilə bağlı bir neçə obyektlərin siyahısını cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Siyahı ilə bağlı oxucularda aydınlıq yaranması üçün bəzi məqamlara toxunaq. Məsələn, siyahida yer alan “Yaşil market” texniki şertinde sayğacin gücü 9 kvt.s.-dır. Amma cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumata görə, bu obyekt. iri olduğu üçün 10 kondinsioner işlədilir. 10 kondisionerə isə 20 kvt.saat güc lazimdir. Gücün 1kvt saatı 153 azn.-dir. Deməli, “Yaşıl Market” 20 kvt sayğac ücün dovlətə 3000 azn-dən artıq pul odeməlidir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, bu obyektin texniki şertinde sayğacin gücü 9 kvt.s kimi göstərilib ki, bunun da dövlət rüsumu 9*153=1590 azn-dir. Sayğac qurulub 30 kvt gücündə, yəni 21 kvt.saat artiq yukle. Bu da edir 21*153= 3213 azn. 3213-1590=1623 azn dövlətdən yayındırılır.  Bu proses digər göstərilən obyektlərdə də eyni qaydada həyata keçirilir.
Sayğaca 25 klovat.saatdan artıq güc lazim olsa texniki şert vərməkçün əlavə transfarmatorun quraşdırılması vacibdir. Cünki 25 kvt.s. 20 ailənin işlətdiyi enerjini birdən işlədir. Bu da əhaliyə xidmət edən transfarmatorun həddən ziyadə yüklənməsinə səbəb olur. Məhs bu kimi maxinasiyalar səbəbindən dövlət vəsaiti ilə quraşdırılan transfarmatorlar tez-tez sıradan çıxır. Nəticədə həm dövlətə ziyan dəyir, həm də əhali işıqsız qalmaqla narazılıq yaranır.
Mövzunu davam etdirəcəyik…

Be the first to comment on "Şirvanda Hikmət Həsənovun “ixtiraları”"

Leave a comment

Your email address will not be published.


*