SAHİBKARLA İCRA BAŞÇISI ARASINDA SAVAŞ BÖYÜYÜR

“Göyçay rayonunda sahibkarlıq fəaliyyətimizə qarşı yönəlmiş qanunsuz hərəkətlərlə bağlı ölkə rəhbəri cənab İlham Əliyevə məktub ünvanlayaraq, Göyçay RİH Başçısı Mehdi Səlimzadənin inhisarçılıq niyyəti ilə bizə zərbə vurmasının qarşısının alınmasını xahiş etmişik”.

Gundemxeber.Az bildirir ki, bu haqda “Göyçay-Avtonəqliyyat” ASC-nin İdarə Heyətinin sədri Arif Əliyev tərəfindən Muxalifet.az-a göndərilən məktubda vurğulanır.
O yazır ki, bu şikayətlərdən xəbərdar olan M.Səlimzadə daha aqressiv davranaraq, prezidentin tapşırıq və göstərişlərinə əks gedib: “Belə ki, Mehdi Səlimzadə Cəmiyyətin nəqliyyat xidmətini və kiçik sahibkarların fəaliyyəti olan kənd təsərrüfatı bazarını zor gücünə bağlatdırdı. Nəticədə 100-dən çox səhmdar və işçilərin, eləcə də 300-dən çox kiçik sahibkarın hüquqları kobud surətdə pozuldu. Onun qanunsuz hərəktləri nəticəsində bazarın 3 qapısı daş kubiklə hörüldü, nəqliyyat fəaliyyəti xidməti işini dayandırdı, “AVA-N” MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarından kiçik sahibkarlar zorla çıxarılaraq küçələrə atıldı, mən və cəmiyyətdə işləyən işçilər hədə-qorxu və təzyiqlərə məruz qaldıq. Çox təəssüf ki, bu hal yenə də davam etməkdədir.
Cənab Prezidentin aidiyyatı orqanlara öz tapşırıqlarınızı verərkən hər şeydən xəbər olduğunu, yerli icra hakimiyyəti orqanlarının hədə qorxu ilə sahibkarlara təzyiq etdiyini, sahibkarların obyektlərini bağladıb açar vurduqlarını demişdir. Həmçinin onların sahibkarlara qarşı təzyiqlərini dövlətə xəyanət kimi qiymətləndirmişdir. Onun çıxışınızda qeyd olunan bütün hallar Göyçay rayonunda mövcuddur. Bunun da səbəbkarı cənab Prezidentin etimadı qazanmaq əvəzinə Prezidentə və Dövlətə qarşı yönəlmiş qərəzli hərəkətlər edən icra başçısı Mehdi Səlimzadədir. Onun rayonda etdiyi zülm ərşə qalxıb, minlərlə insan narazı halda hər gün etiraz etməkdədir. Ölkədə müəyyən zaman kəsiyində yaranan iqtisadi böhran insanlara Mehdi Səlimzadənin zülmü kimi mənfi təsir etməmişdi, amma o bunu bacardı…”.

Be the first to comment on "SAHİBKARLA İCRA BAŞÇISI ARASINDA SAVAŞ BÖYÜYÜR"

Leave a comment

Your email address will not be published.


*