Neftçala rayon Mərkəzi Xəstəxanası ilə bağlı şok şikayət: Rüşvət, özbaşınalıq, soyğunçuluq…

Bu gün redaksiyamıza Neftçala rayon Mərkəzi Xəstəxanası haqqında şikayət daxil olub.

İsmaric.az-a daxil olan məlumatda deyilir ki, Neftçala rayon Mərkəzi Xəstəxanasında və rüşvət baş alıb gedir. Xəstəxanada pinti bir mühit və dözülməz şərait var.
Bildiyiniz kimi, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq Neftçala rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir.

Məlumatda deyilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir.

Xəstəxanada həkimlərin müayinə haqqı 10-30 manat civarındadır.

Məlumatda qeyd olunur ki, hazırda Neftçala rayon Mərkəzi Xəstəxanası demək olar başdan ayağa rüşvətə bürünüb. Xəstəxanada tibb avadanlıqları olmasına baxmayaraq şəhər sakinləri analiz vermək üçün digər tibb müəsiəssinə müraciət edirlər.

Çünki Telman Zahidovun rəhbərlik etdiyi Neftçala rayon Mərkəzi Xəstəxanası başdan ayağa korrupsiyanın içindədir. İnformasiya mənbəmiz bildirir ki, Neftçala rayon Xəstəxanası qeydiyyyat otağından başlayaraq həkim müalicəsinə kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi xidmətin olmamasına görə sakinlər başqa xəstəxanalara daha çox müraciət etmək məcburiyyətində qalırlar.

Məlumatda daha sonra qeyd olunur ki, hətta palataların təmizlənməsi üçün də xəstələrdən pul tələb edilir.Neftçala rayon Mərkəzi Xəstəxanada bu cür özbaşınalıqlarla daha çox kəndlərdən gətirilən ağır xəstələrin üzləşdiyi vurğulanır. Belə ki, kəndlərdən gələn əksər xəstə sahiblərinin gedəcək bir yerləri olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın rüşvət alan personalının “əl-qolunu” açır.
Həkimlərin istədikləri rüşvəti vermək istəməyən xəstələrin yaxınlarına xəstəxanadakı laboratoriyaların işləmədiyi deyilir və məcburiyyət qarşısında qalan insanlar başqa özəl klinikalara göndərilirlər.

Bildirilir ki, bu xəstəxanada alətlərin əksəriyyəti pasiyentlərə edilən xidmətdən sonra təmizlənmir. Hətta burada işləyən həkimlər və tibb bacıları tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Xəstaxanada baş verən rüşvətxorluğa və antisanitariyaya baş həkim Telman Zahidov “göz yumur”.

İddiaya görə, baş həkim Telman Zahidov”göz yummağına” səbəb isə həkimlərin və tibb bacılarının yığdıqları rüşvətin 60-70 faizinin ona çatmasıdır. Bundan başqa, iddia olunur ki, baş həkim yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumat alıb. Ona görə də “əlimyandı”ya düşüb ki, bacardıqca vəzifəsindən sui-istifadə eləsin, daha çox qazansın.

Bəs görəsən Telman Zahidov bu korrupsiyaya niyə göz yumur?
Analizlərin qiymətini kim qoyub?
Həkimlər nədən pullu xidmət göstərir?
Neftçala rayon Mərkəzi Xəstəxanası özəldir, yoxsa dövlət?

Bu sualların cavabı növbəti sayımızda.
Mövzuya qayıdacağıq.

Xeberfakt.az

Be the first to comment on "Neftçala rayon Mərkəzi Xəstəxanası ilə bağlı şok şikayət: Rüşvət, özbaşınalıq, soyğunçuluq…"

Leave a comment

Your email address will not be published.


*