“Medisan” klinkasında laboratoriyada fəaliyyət göstərən tibb bacılarının “təhsil müddəti” cəmi 6-7 gündür

Bu klinikada baş verən hadisələrlə bağlı məlumatlar bitib tükənmək bilmir. Ötən gün İmişlidəki mənbədən daxil olan məlumatda bildirilir ki, rayon mərkəzində fəaliyyət göstərən “Medisan” klinikasında insan həyatı üçün ciddi təhlükə yaradan hadisələr baş verir. Məsələnin ən qəribə tərəfi bu deyil. Ən qəribə tərəfi Respublika Səhiyyə nazirliyinin bu “tibb müəssisəsinin” fəaliyyətinə hələ də icazə verməsidir. Mənbənin verdiyi məlumata görə əslində bu müəssisəyə Beynəlxalq Universitetin fizioterapiya (Səhiyyə nazirliyi Azərbaycan Tibb Universitetindən başqa ölkədə fəaliyyət göstərən və sonradan korrupsiya faktına görə fəaliyyəti dayandırılmış bir “təhsil müəssisəsi”nin diplomu ilə həkm kimi çalışan bir şəxsə görəsən necə “icazə” verib? – redaksiya) fakultəsini bitirərək, hal – hazırda kardioloq (? – redaksiya ) kimi fəaliyyət göstərən Dilarə adlı xanım qeyri-rəsmi olaraq rəhbərlik edir.

Xatırldaq ki, fizioterapeya elə müalicə üsullarındandır ki, burada kimyəvi faktorlardan (dərmanlardan) deyil, fiziki müdaxilədən istifadə olunur. Yəni belə çıxır ki, xəstə evdə ürəyini çıxarıb “Mediasan”a gəlib deyir ki: “hörmətli Dilarə xanım zəhmət olmasa mənim ürəyimin filan damarının, filah hissəsinə bir əl gəzdirin”. Və xanım “kardioloqun” müdaxiləsndən sonra da ürəyini yerinə qoyub gərnəşərək “oxxay, baban sənə qurban” deyib gedir? Əlbbətə ki, yuxarıda qeyd olunanlar bu xanımın ixtisasından və fəaliyyətindən dolayı yaranan təxəyyülün məhsuludur. Lakin məsələ nə qədər gülməli olsa da, həm də təhlükəlidir.

Mənbənin verdiyi məlumata görə “Medisan” klinkasında laboratoriyada fəaliyyət göstərən tibb bacılarının “təhsil müddəti” cəmi 6-7 gündür. Belə ki, “Medisan” klinikasında laboratoriyada tibb bacısı kimi fəaliyyət göstərməyi hədəfləmiş hər hansı bir xanım rayonun Dəmir Yolu xəstəxanasında yuxarıda qeyd olunan müddətdə, 6-7 gün “təhsil” aldıqdan sonra işə başlaya bilər. Göründüyü kimi bu klinikada fəaliyyət göstərən şəxslər kimlərəsə arxayın olmaqla insan həyatını sadəcə heçə sayırlar. Lakin bu da son deyil.

Mənbənin verdiyi məlumatda o da bildirlir ki, klinikada götürülən qan nümunələri müxtəlif prosedurlar üçün paytaxta gönədrlir. Lakin qanunla və təlimata uyğun olaraq həmin qan nümunələri içərisi 3-8 dərəcə temperatur olan xüsusi qablarda və bu qabların fəsadsız çatdırılması üçün tələb edilən avtomobillərdə olmalıdırsa, “Medisan”da həmin qan nümunələri İmişli – Bakı marşurutunda işləyən taksilərin yük yerlərində göndərilir. Həm də həkim müşayəti olmadan. Nəzərə alsaq ki, taksi paytaxta çatana və sərnişinləri müxtəlif ünvanlara çatdırana qədər qan nümunəsi uyğun olmayan yerdə – avtomobilin yük yerində istidə və avtomobiln mühərrikini işləməsi nəticəsində yaranan zəhərli, qazlı havada qalır.

O halda “nəticə” öncədən məlumdur. Mənbənin verdiyi məlumata görə hətta bəzi hallarda taksi sürücüləri qan nümunələrini paytaxtdakı laboratoriyaya təqdim etməyi unudaraq, bir gün belə yük yerində saxlayırlar. Və bu barədə həkimə hər hansı məlumat vermirlər. Nümunələr yalnız səhəri gün laborator araşdırmaya təqdim edilir. Əslində klinika rəhbərliyi bunu nəqliyyat xərclərinin az olması səbəbiylə edir. Lakin unudurlar ki, bu cür daşınma zamanı qanın tərkibi ona uyğun olmayan şəraitdə dəyişir, el dilində desək qan avtomobilin yük yerində sadəcə bişir. Və nəticə… Əslində bu cür fəaliyyətin nəticəsinin acı sonluğu qaçılmazdır.

Mənbə əlavə olaraq onu da qeyd etdi ki, “Medisan” klnikasının bu günkü fəaliyyətinin əsas elementlərindən biri də, İmişli Mərkəzi Rayon Xəstəxanasının bəzi həkimlərinin bu klinika ilə müştərək “iş birlikləridir”. Belə ki, həmin həkimlərin “Medisan”a istiqamətləndirdiyi xəstələrdən alınan vəsaitdən onların da faiz payları var. Mənbə bilbirdi ki, mama-ginekoloq Əzizə Məmmədova bu cür “fəaliyyətdə” daha aktivdir. Hətta doğumuna iki-üç gün qalmış hamilə qadını belə analiz verməsi üçün “Medisan” a göndərir. Onu da qeyd edək ki, tibbi personal kimi “Medisan”nın texniki imkanları da müasir tələblərə cavab vermir.

Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən təşkilatların və şəxslərində mövqelərini dərc edə bilər.

BakuNews.az

Be the first to comment on "“Medisan” klinkasında laboratoriyada fəaliyyət göstərən tibb bacılarının “təhsil müddəti” cəmi 6-7 gündür"

Leave a comment

Your email address will not be published.


*