Gədəbəydə başçıdan daha bir qanunsuzluq – VİDEOGİLEY

Vətəndaş Ələkbərov Azər Bilal oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək bildirir ki, vaxtilə atası və əmisinə Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılan torpaq sahələrinə sahib çıxa bilmirlər. Qeyd edək ki, bizə müraciət edən vətəndaşa həm atasının, həm də əmisinin adından çıxış etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnamələr də verilib. Azər Ələkbərov bildirir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov özündən əvvəl çalışmış icra başçılarının imzaladığı sərəncamlara məhəl qoymayaraq, onu süründürməçiliyə salıb. Azinforum.az vətəndaşla hazırlanan videomüsahibəni təqdim edir. Mövzu ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da məsələyə münasibətini dinləməyə hazırıq.(Azinforum.az)’

Be the first to comment on "Gədəbəydə başçıdan daha bir qanunsuzluq – VİDEOGİLEY"

Leave a comment

Your email address will not be published.


*