5-kəndi birləşdirən yol kürdəmir sakinlərinin kabusuna çevrilib – FOTO – VIDEO

Yayda qızmar istidən alışıb yanan, qışda soyuqdan,qar borandan donan Kürdəmir rayonu, indidə rayona laqeyd yanaşan İcra Hakimiyyəti başçısın qapazı altında qalıb.

“Yenigundem” xəbər verir ki, Kürdəmir rayonu demək olar ki, məmurların qayğı və nəvazişindən geri qalıb. Rayonda ümummilli Liderimiz Heydər Əliyevin adına park salınıb. Amma baxaq görək başı eyş işrətə qarışmış İcra Hakimi, həqiqətəndə Ulu öndərimizin adına hörmət edir yoxsa vəzifəsində qalsın deyə , boğazdan yuxarı deyir. Park qarşı hissədən əla tə’sir bağışlasada, arxa hissəyə keçdikdə dəhşətli mənzərələrlə qarşılaşırsan. Hər tərəfi su basmış, zir zibil içində, işıqsız inləyən görüntülər. Öncə adamın inanmağı gəlmir ,görəsən həqiqətəndə bu park Ulu Öndərin adını daşıyır? Hələ parka yaxın olan Avtovağzalı görəsən. İllərdir işləməyən qapıları bağlı, içində tikinti materialları olan avtovağzalı ilk Kürdəmirdə gördüm. Ərazisindən heç danışmağa dəyməz, çünki zir zibil basmış su gölməsəçi ilə əhatə olunmuşdur. Rayonda kanalizasiyanın nə olduğunu soruşduqda , əhali elə şeylər Bakıda olur bala, bura rayondur cavabı alırsan. Beş kəndi birləşdirən Yeni kənd yolundan, heç danışmaq istəməzdim. Sən demə həmin kəndlərə getmək üçün zirehli texnikadan istifadə etmək lazım imiş. Sakinlər yolların bərbad halda olmasını ürək ağrısı ilə danışırlar. Həqiqətəndə bu gün Kürdəmir rayonunda qarşılaşdığımız mənzərələr, bizi 1990–cı illəri xatırlatdı . İndi biri bizi başa salsın görək, Kürdəmir rayonu neçənci əsirdə qalıb? Cənab Prezidentimizin rayona ayırdığı milyonlar hara xərclənib? və bir çox suallar.

5-kəndi birləşdirən yol kürdəmir sakinlərinin kabusuna çevrilib - FOTO - VIDEO

5-kəndi birləşdirən yol kürdəmir sakinlərinin kabusuna çevrilib - FOTO - VIDEO

Be the first to comment on "5-kəndi birləşdirən yol kürdəmir sakinlərinin kabusuna çevrilib – FOTO – VIDEO"

Leave a comment

Your email address will not be published.


*